Tarix : 2012 Sep 19
Kod 32849

Orta məktəblərdə hicab qadağası davam edir (reyd 2)

Artıq ikinci ildir ki, orta məktəblərdə hicablı şagirdələr dərsə buraxılmır
/Aran Agentliyi

 

Artıq ikinci ildir ki, orta məktəblərdə hicablı şagirdələr dərsə buraxılmır

Yeni dərs ilinin 3-cü günündə Xebername.az İnternet qəzetinin müxbiri Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki digər məktəblərdə araşdırma aparıb.

Müxbirimizin ilk araşdırma apardığı məktəb, İ.Əliyeva adına 96 saylı orta məktəb olub.

Nəzarətçi müxbirimizə bildirib ki, şagirdlərin hicabla məktəbə gəlməsi qadağan edilib.

Müxbirimiz 309 saylı orta məktəbdə də olub. Bir valideyindən aldığı məlumata görə bu məktəbdə də qətiyyən şagirdlər hicabla dərsə buraxılmır.

Valideyin özü müxtəlif məktəblərdə olduğunu və eyni qadağanın olduğunu söyləyib. Hicab qadağasının sonunun necə olacağından və ölkəmizin yavaş-yavaş Türkiyəyə bənzədiyindən şikayətlənib.

Müxbirimizin son getdiyi məktəb 169 saylı orta məktəb olub. Nəzarətçi və bir xanımla söhbətləşərkən məlum olub ki, keçən il tətbiq olunan hicab qadağası bu ildə davam edir.

Qeyd edək ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində araşdırma apardığımız 7 məktəbin 7-sində də hicab qadağası davam edir./Xebername.az/

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Sep 19