Bu il də ötən ildə olduğu kimi Az. R-nın orta məktəblərində hicaba qoyulmuş qadağa qanunları icra olunur
/Aran Agentliyi
Bu il də ötən ildə olduğu kimi Az. R-nın orta məktəblərində hicaba qoyulmuş qadağa qanunları icra olunur.
İslam Azeri İnternet saytının məlumatına görə Bakının 13 saylı orta məktəbinin müdiri Rəfiqə Məmmədova bu xəbəri qeyd edərək deyib: hicablı qızlar məktəbə daxil olan zaman baş örtüklərini açır dərsdən sonra isə yenidən örtüklərindən istifadə edirlər.
Azad xəbərin məlumatına görə məktəbdə tənəffüs saatı məktəbli qızlardan bir qrupunun məktəb həyətində örtükdən istifadə etmələri müşahidə olunub.
Az. R. konstitusiyasında hicaba qarşı qadağa qanunlarının tətbiq olunmasına baxmayaraq 2010-cu ilin dekabrından etibarən bu ölkənin Təhsil Nazirliyi məktəblərdə vahid geyimin olmasını bəhanə edərək hicablı şagirdlərin mədrəsələrə buraxılmasına mane olur. Bu da minlərlə hicablı şagirdlərin haqlarının pozulmasına səbəb olur.
Bu məsələ həmçinin Az. R-da müxtəlif etirazlara səbəb olub.