/Aran Agentliyi
Zindandakı ruhanilər İslam ümmətinin səsinə səs verdilər
İslamın əziz Peyğəmbəri Həzrət Muhəmmədi (s) təhqir etmək niyyəti ilə çəkilən “Müsəlmanların məsumluğu” adlı yalan, böhtan dolu filmə zindandakı ruhanilər də etiraz ediblər. Ruhani Hacı İlham Əliyev deyib: "İsam Peyğəmbərini, İslam ümmətini, mənəviyyatı, nuraniyyəti və nəhayətdə müsəlman xalqımızı təhqir edən bu addımı pisləyirəm. ABŞ hökümətindən tələb edirik ki, bu addıma görə İslam ümmətindən üzr istəsin".
Ruhani Hacı Tale Bağırov da bu mövzu ilə bağlı münasibət bildirib. O deyib: "Bu ABŞ və Qərbin növbəti islamofobik adımıdır. Azərbaycan xalqı özü neçə illərdir ki, islamofobiyadan əziyyət çəkir. İstər azanın səsinin kəsilməsinə cəhd, istər məscid dağıdılması, istərsə də orta məktəblərdə tətbiq edilən hicab qadağası. Şübhəsiz ki, bu sadaladığımız problemlərin arxasında da məhz bu filmin sifarişçiləri durur. Biz İslam Ümmətini təhqir edən başda ABŞ və İsrail olmaqla bütün imperialist qüvvələri, həm də onların əlaltılarını məhkum edirik".
ABŞ səfirliyinin qarşısındakı aksiyaya da münasibət bildirən ruhani deyib: "Mən aksiya haqqında telekanalların birində gedən "xəbərlər" verilişindən xəbər tutdum. Bəli mən təqdir edirəm. Çünki bütün İslam ümməti ayağa qalxıbsa niyə Azərbaycan xalqı onlardan ayrı düşməlidir? Allah qəbul etsin!".
islamazeri.az