g/arannews
Azərbaycanda ən radikal hüquq müdafiəçisi hesab olunan və hakimiyyətin əleyhinə radikal bəyanatları ilə seçilən Sülh və Demokratiya İnstitutunun direktoru, tarix elmləri namizədi Leyla Yunus Azərbaycanı tərk edib. Leyla Yunus artıq iki aydan çoxdur Azərbaycanı tərk edib. Ancaq maraqlıdır, bəzi mənbələr Yunusun ölkədən müvəqqəti getdiyini və sentyabrın sonlarında Azərbaycana qayıdacağını bildirirlər.
Məlumat üçün xatırladaq ki, Sülh də Demokratiya İnstitutunun direktoru ötən il də bir il müddətinə Azərbaycanı tərk etmişdi. Həmin vaxt Leyla Yunusun Almaniyada məskunlaşdığı məlum olmuşdu.
İndi də hüquq müdafiəçisinin Avropa ölkələrinin birində məskunlaşdığı haqda xəbərlər var. Bəzi mənbələr Sülh və Demokratiya İnstitutunun direktorunun Norveç Krallığında olduğunu bildiriblər.(teleqraf)