Bu gün 20 sentiyabr Azərbaycan Respublikası xalqının hicab yolunda qurban verdiyi ilk şəhid Hacı Vaqif Abdullayevin doğum günüdür
/Aran Agentliyi
Bu gün 20 sentiyabr Azərbaycan Respublikası xalqının hicab yolunda qurban verdiyi ilk şəhid Hacı Vaqif Abdullayevin doğum günüdür.
Hicab şəhidi keçən il 60 illik yubileyini zindanda qarşılayanda fəxrlə demişdir : "Mən bundan sonra uzağı iki il yaşayacaqdım, nə yaxşı ki, ömrümün qalanını da Allah yolunda sərf etdim."
Hacı Vaqif bu ədalətsizliyi göz yuma bilmədi. Ömrünün ahıl çağının olmasına baxmayaraq, Allahın kəlamının ayaqlar altına alınmasına dözmədi, haqq səsini ucaltdı. Onu sındırmaq istədilər. Həbsə atdılar. 60 yaşını orda qeyd etdi. Sınmadı. Şahidi belə, olmadığı halda onun üçün ömürlük həbsə bərabər 11 il iş verdilər, yenə sınmadı. Şəhidliklə ucalara qalxdı.
Necəki Allah taalanın Qurani Kərimdə buyurub :«Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Oonlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir. Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəkləriə fərəhlənirlər. Onlar Allahın nemətinə, lütfkarlığına, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağına sevinirlər» («Ali-İmran», 169 – 171).
SəhərTV