Tarix : 2012 Sep 21
Kod 32888

Mossadın İran əlehinə Azərbaycan təxribatı

Sionist rejimin terror təşkilatı MOSSAD-a bağlılığı ilə tanınan “debka” saytının İranın nüvə təsisatlarında təxribat törətmək məqsədi ilə Azərbaycan Respublikasında hazırlıq keçmiş ...
/Aran Agentliyi

Bakıda nəşr olunan qərb pərəst və ifrat türkçü  Yeni Musavat  qəzeti  sionist rejim kəşfiyyatının  Azərbaycan Respublikası ilə  İran İslam Respublikası arasındakı  münasibətləri gərginləşdirməyə köklənmiş yeni  cəhdindən xəbər verib.

Sionist rejimin terror təşkilatı MOSSAD-a bağlılığı ilə tanınan “debka” saytının  İranın nüvə təsisatlarında təxribat törətmək məqsədi ilə Azərbaycan Respublikasında hazırlıq keçmiş üç nəfərin həbs olunmasına  dair xəbəri  yayan Yeni Musavat qəzeti əlavə edib : “ Qeyd olunmalıdır ki, debka saytı sözügedən iddianı  İranla Azərbaycan arasında gərginliyin qismən də olsa yumşaldığı bir vaxtda ortaya atıb. Rəsmi Bakı İranı inandırmağa çalışır ki, İsrailin bu ölkəyə qarşı hər hansı planlarını dəstəkləmir və dəstəkləmək fikrində deyil. İran ordusunun komandanı, general Əli Cəfəri də bu günlərdə Azərbaycanın İsrailin mümkün hücumlarına dəstək verməyəcəyinə arxayın olduqlarını bildirib. Tamamilə mümkündür ki, İsrail kəşfiyyatı Azərbaycanla İran arasında gərginliyin yumşalmasını istəmir və bu səbəbdən Fordo mərkəzindəki diversiyada Azərbaycanın əlinin olması barədə iddianı ortaya atıb. İsrail nümayiş etdirmək istəyir ki, İranın şimal qonşusu onun bu cür kəşfiyyat əməliyyatlarında gizli müttəfiqidir. İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamaq planlarını ABŞ qətiyyən müdafiə etmir və bu məsələ ilə bağlı müttəfiqlər arasında ciddi gərginlik yaşanmaqdadır.”

Yeni Musavat qəzeti bunları  yazsa da  rəsmi  Bakının həmişə sionist rejimin Azərbaycan Respublikası ilə İran arasında əlaqələri  pozmağa  dair  cəhləri  müqabilində  heç bir reaksiya verə bilmir.

 

  • Yazılıb
  • da (də) 2012 Sep 21