Sionist rejimin terror təşkilatı MOSSAD-a bağlılığı ilə tanınan “debka” saytının İranın nüvə təsisatlarında təxribat törətmək məqsədi ilə Azərbaycan Respublikasında hazırlıq keçmiş ...
/Aran Agentliyi
Bakıda nəşr olunan qərb pərəst və ifrat türkçü Yeni Musavat qəzeti sionist rejim kəşfiyyatının Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətləri gərginləşdirməyə köklənmiş yeni cəhdindən xəbər verib.
Sionist rejimin terror təşkilatı MOSSAD-a bağlılığı ilə tanınan “debka” saytının İranın nüvə təsisatlarında təxribat törətmək məqsədi ilə Azərbaycan Respublikasında hazırlıq keçmiş üç nəfərin həbs olunmasına dair xəbəri yayan Yeni Musavat qəzeti əlavə edib : “ Qeyd olunmalıdır ki, debka saytı sözügedən iddianı İranla Azərbaycan arasında gərginliyin qismən də olsa yumşaldığı bir vaxtda ortaya atıb. Rəsmi Bakı İranı inandırmağa çalışır ki, İsrailin bu ölkəyə qarşı hər hansı planlarını dəstəkləmir və dəstəkləmək fikrində deyil. İran ordusunun komandanı, general Əli Cəfəri də bu günlərdə Azərbaycanın İsrailin mümkün hücumlarına dəstək verməyəcəyinə arxayın olduqlarını bildirib. Tamamilə mümkündür ki, İsrail kəşfiyyatı Azərbaycanla İran arasında gərginliyin yumşalmasını istəmir və bu səbəbdən Fordo mərkəzindəki diversiyada Azərbaycanın əlinin olması barədə iddianı ortaya atıb. İsrail nümayiş etdirmək istəyir ki, İranın şimal qonşusu onun bu cür kəşfiyyat əməliyyatlarında gizli müttəfiqidir. İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamaq planlarını ABŞ qətiyyən müdafiə etmir və bu məsələ ilə bağlı müttəfiqlər arasında ciddi gərginlik yaşanmaqdadır.”
Yeni Musavat qəzeti bunları yazsa da rəsmi Bakının həmişə sionist rejimin Azərbaycan Respublikası ilə İran arasında əlaqələri pozmağa dair cəhləri müqabilində heç bir reaksiya verə bilmir.