/Aran Agentliyi
Hazırda İran-Azərbaycan R-nın münasibətləri dostluq səviyyəsindədir .
Bu fikri Hakim Yeni Azərbaycan partiyasının milli məclisdəki deputatı Aydın Mirzəzadə səsləndirib. Azərbaycan –İran parlament dostluq qrupunun üzvü olan bu azəri deputat Salam Newsa verdiyi açıqlamasında əlavə olaraq deyib : İki ölkə arasında sıx qonşuluq münasibətləri hakimdir və bu da İranla Azərbaycanın ümumi mədəniyyəti və tarixini bir-birinə bağlayıb. Onun sözlərinə görə, bəzən iki ölkə münasibətləri gedişatında yaşanan məsələlər danışıqlar çərçivəsində öz həllini tapır və bu məsələlər iki ölkə münasibətlərini təsir altında qərar verə bilməz və iki tərəf yaxşı münasibətlərin bərqərar edilməsinə və bu münasibətlərin möhkəmləndirilməsinə tərəfdarlıq edir.