Anar Qasımlı: ''Hazırda tamamlama işləri aparılır və gələn həftə ərzində Ali Məhkəməyə şikayət veriləcək''
/Aran Agentliyi
Anar Qasımlı: "Hazırda tamamlama işləri aparılır və gələn həftə ərzində Ali Məhkəməyə şikayət veriləcək"
HaqqYolu - Həbsdə olan AİP sədri və funksionerlərinin işi gələn həftə Ali məhkəməyə təqdim ediləcək. Bu barədə AİP lideri Mövsüm Səmədovun vəkili Anar Qasımlı məlumat verib. Vəkil qeyd edib ki, hazırda tamamlama işləri aparılır və gələn həftə ərzində Ali Məhkəməyə şikayət veriləcək.
Qeyd edək ki, AİP lideri partiyanın baş məclisində hakimiyyətin əleyhinə tənqidi fikirlər səsləndirdikdən sonra həbs edilib. O, AİP-in digər üzvləri ilə yanaşı uzun müddətli azadlıqdan məhrum olunub. Artıq həbs edilən 5 AİP funksionerindən biri Vaqif Abdullayev bir neçə gün bundan öncə həbsxanada dünyasını dəyişib.
Əsassız ittihamlarla həbs olunan İslam Partiyasının sədri Mövsüm Səmədov 12 il, müavini Vaqif Abdullayev 11 il, Rufulla Axundzadə 11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fəramiz Abbasov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Zülfüqar Mikayılov isə 5 il sınaq müddətilə, 11 illik şərti cəzaya məhkum olunub.(faktxeber)