Tarix : 2012 Sep 22
Kod 32906

Təhsil Nazirliyindən hicablı məktəblilərə xəbərdarlıq

Azərbaycan Respublikasında bir neçə il öncəyə qədər məktəbli qızlar sərbəstcəsinə İslami hicabla məktəbə gedə və dərslərdə iştirak edə bilirdilər
/Aran Agentliyi

Azərbaycan Respublikasında bir neçə il öncəyə qədər məktəbli qızlar sərbəstcəsinə İslami hicabla məktəbə gedə və dərslərdə iştirak edə bilirdilər. Amma, iki ildən çoxdur ki, hicablı məktəblilərin dərslərdə iştirak etmələrinin qarşısı alınır. Bu da məktəblilər üçün vahid geyimin məcburi olmasının nəticəsidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təlimatına əsasən Azərbaycan Respublikasında bütün məktəblilər bu bildirişə tabe olmalıdırlar.

Görəsən yeni təhsil ilində də hicab qadağası tətbiq ediləcək mi?

Bakı Məktəbləri Təhsil Şöbəsinin İctimai Əlaqələr ofisinin sədri Zəminə Əliqızı Modern.az saytı ilə müsahibədə bütün məktəblilərin vahid geyimlə məktəbə getməli olduqlarını və vahid geyim haqda çıxarılmış təlimatın qüvvədə qalacağını bildirərək, deyib: " Məktəblilərin dərslərdə hicabla iştirak etmələrinə icazə verilməyəcək".

Təhsil Nazirliyinin şöbə müdirlərindən olan Aydın Əhmədov da bu ölkə məktəblərində məktəblilərin vahid geyimlə iştirak etmələrinə işarə edərək, deyib: " Təhsil Nazirliyinin bu haqda təlimatı vardır və elə bu təlimata əsasən məktəblilər məktəblərdə vahid geyimdən istifadə etməyə məcburdurlar və başqa geyimdən istifadə qadağandır".

Azərbaycan Respublikası qanunlarında hicabdan istifadə ilə bağlı heç bir qadağanın olmadığına rəğmən, 2010-cu ilin dekabr ayından Azərbaycan Respublikasının Təhsil Nazirliyi vahid geyim təlimatının icrasını bəhanə edərək, hicablı məktəblilərin orta məktəblərə daxil olmasının qarşısını aldılar. Bu mövzu da minlərlə hicablı məktəblinin hüquqlarının pozulmasına və çoxlu etirazların edilməsinə səbəb olub.

 

 

  • Yazılıb
  • da (də) 2012 Sep 22