Tarix : 2012 Sep 22
Kod 32907

Anar Bayramlı 14 Saylı Cəza Çəkmə Müəssisəsinə köçürülüb

İranın Teleradio Təşkilatının Bakıdakı yerli müxbiri Anar Bayramlının vəkili Anar Qasımlı deyib ki, müvəkkili Bakı İstintaq Həbsxanasından 14 Saylı Cəza Çəkmə Müəssisəsinə köçürülüb
/Aran Agentliyi

İranın Teleradio Təşkilatının Bakıdakı yerli müxbiri Anar Bayramlının vəkili Anar Qasımlı deyib ki, müvəkkili Bakı İstintaq Həbsxanasından 14 Saylı Cəza Çəkmə Müəssisəsinə köçürülüb.

İslamazeri.az saytının verdiyi məlumata görə Anar Qasımlı bir daha Azərbaycan Respublikasında tanınmış jurnalist olan Anar Bayramlının günahsız olduğuna təkid edərək, ümidvarlıq edib ki, o tez bir zamanda azad edilsin.

Ötən həftə də İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst özünün həftəlik brifinqində deyib: " Ümid edirik ki, Azərbaycan Respublikasının məhkəmə rəsmiləri Səhər Beynəlxalq Telekanalının müxbirinin vəziyyətini yenidən nəzərdən keçirərək, icazə versinlər ki, media fəaliyyətləri müsbət və konstruktiv istiqamətdə irəliləsin və iki ölkənin bir-birləri haqda daha artıq tanınmaya yardım edə bilən atmosferi himayə etsin".

Mehmanpərəst həmçinin iki ölkənin media əməkdaşlıqlarının əhəmiyyəti haqda da deyib: "Medialarla münasib formada davranış və medialar tərəfindən daha yaxşı və daha dəqiq məlumatların çatdırılmasına icazənin verilməsi əməkdaşlıqlar atmosferini genişləndirir və biz ümid edirik ki, başqa ölkələrdə İran İslam Respublikasının mediaları ilə əməkdaşlıq edən jurnalistlər, fəaliyyət üçün yetərli azadlığa malik olsunlar".

Qeyd etmək lazımdır ki, günahsız olduğuna görə, onlarla Azərbaycan Respublikası, İran qurumları və təşkilatları habelə beynəlxalq təşkilatların tərəfindən vicdan məhbusu və siyasi məhbus adlandırılan Anar Bayramlı ötən fevral ayından Bakı polisinin qara yaxması ilə həbsdə saxlanılır.

İranın dostcasına hərəkətləri, o cümlədən İranda Azərbaycan Respublikasında məhkəmədə məhkum edilmiş iki vətəndaşı Şəhriyar Hacizadə və Fərid Hüseynin sərbəst buraxılmalarına rəğmən, Rəsmi Bakı hələ də Anar Bayramlını sərbəst buraxmayıbdır.

  • Yazılıb
  • da (də) 2012 Sep 22