Beynəlxalq Mətbuat Mərkəzində (BMM) DEVAMM-ın təşkilatçılığı ilə ''Mənəvi terrora etiraz'' mövzusunda konfransı keçirilib
/Aran Agentliyi
Beynəlxalq Mətbuat Mərkəzində (BMM) DEVAMM-ın təşkilatçılığı ilə "Mənəvi terrora etiraz" mövzusunda konfransı keçirilib
HaqqYolu - Beynəlxalq Mətbuat Mərkəzində (BMM) DEVAMM-ın təşkilatçılığı ilə "Mənəvi terrora etiraz" mövzusunda konfransı keçirilib. Təvəssül duası, Qurani-Kərimin tilavəti və Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsindən sonra, DEVAMM sədri İlqar İbrahimoğlu çıxışına başlayıb. O bildirib ki, bütün bəşəriyyətin yaranma səbəbi olan, nəhayət etibarilə bütün peyğəmbərlərin yerinə yetirdiyi missiyanı tamamlamaq üçün, Allahın son olaraq insanlara Qiyamət gününədək necə yaşamağı öytərmək üçün göndərdiyi Peyğəmbərimizə (s) qarşı son gnlər qeyri-insnı hərəkətlər baş verib: "Biz DEVAMM olaraq borc bildik ki, bu mövzuda konfrans keçirək. Bu edilənlərin bir adı var - mənəvi terror".
İlqar İbrahimoğlu: "...Bizim üçün Peyğəmbərimiz (s) hər şeydən üstündür, bizim üçün İmamlarımız (ə), bizim üçün xanım Fatimeyi-Zəhra (s.ə) hər şeydən üstündür...".
Daha sonra konfransada ilahiyyatçı-yazar Eynal Mehmanoğlu, araşdırmaçı-yazar Xəyalə Quliyeva, araşdırmaçı-yazar Xəqani Səfərov, araşdırmaçı-yazar Günel Hüseynli, ilahiyyatçı-yazar Azər Elşadoğlu, araşdırmaçı-yazar Nuranə Hacıyeva və araşdırmaçı-yazar Mehdi Fərəc çıxış ediblər.
Tədbirin sonunda "Əhli-Beyt" aşiqləri tədbirin mövzusuna uyğun ilahi ifa ediblər.
Tədbirin sonunda İlqar İbrahimoğlu yekun çıxış edib. Tədbir az öncə başa çatıb.(deyerler)