Tarix : 2012 Sep 22
Kod 32912

Bayağı Qərbli müğənni öz şərtlərini Rəsmi Bakıya zorla qəbul etdirərək, Bakıya gəlib

Amerikalı müğənni rəsmi Bakı qarşısında qoyduğu ağır şərtlərin reallaşması ilə Bakıya gəlib
/Aran Agentliyi

Amerikalı müğənni rəsmi Bakı qarşısında qoyduğu ağır şərtlərin reallaşması ilə Bakıya gəlib.

FIFA U-17 Qadınlararası Dünya Çempionatının açılışı ilə əlaqədar Bakıya dırnaqarası təşrif buyuran gözlənilən dünya şöhrətli müğənni Cennifer Lopez Bakıya səfəri ilə əlaqədar, hoteldə “prezident” otağında qalacağı təqdirdə buna razılıq verib. Üstəlik, tələb edib ki, pəncərəsi yaşayış binalarına baxmasın, qalacağı otağın döşəməsi gül ləçəklərinə bürünməlidir. Baqajı isə ayrıca – lyuks bir nömrəyə yerləşdirilməlidir. Bir saatdan bir libasını dəyişdirəcəyini söyləyən Cennifer Lopez bunun üçün oteldə qaldığı müddətdə ona xüsusi – yüksək parametrlərə malik paltaryuyan maşın ayrılmasını da istəyib. Bundan əlavə o, deyib ki, qalacağı otaqda ən bahalı brend içkilər olmalıdır. Müğənni deyib: “Mən lyuks nömrədə qaldığım kimi, məni müşayiət edən dəstə də Bakıda ən yüksək şəraitə malik otaqlarda qalmalıdır. “ Amerikalı müğənni sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda, sentyabrın 23-də isə «Baku Crystal Hall»da oxuyacaq. Amerikalı müğənniyə bu qədər pul xərcləyən rəsmi Bakı hələ Avroviziya mahnı müsabiqəsi ərəfəsində evləri uçurdurulan vətəndaşları evsiz saxlayıb.

 

  • Yazılıb
  • da (də) 2012 Sep 22