Tarix : 2012 Sep 22
Kod 32913

Minsk Qrupunun həmsədrləri Ramil Səfərovun əfvindən sui-istifadə ediblər

Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsinin həllində 20 il səriştəsizlikdən sonra bu dəfə də Azərbaycan Respublikasının zabiti Ramil Səfərovun əfv edilməsini Qarabağ ...
/Aran Agentliyi

Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsinin həllində 20 il səriştəsizlikdən sonra bu dəfə də Azərbaycan Respublikasının zabiti Ramil Səfərovun əfv edilməsini Qarabağ sülh müzakirələri prosesində hazırkı çıxılmaz vəziyyətin amili bilirlər.

Salamnews Xəbər Agentliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və bu ölkə prezidentinin Qarabağ məsələləri üzrə xüsusi nümayəndəsi Araz Əzimov Minsk Qrupu həmsədrlərinin bu iddiasına cavab olaraq, deyib:"Bəyəm Minsk Qrupunun həmsədrləri, Ramil Səfərovun azad edilib, əfv olunmasından öncə Qarabağ münaqişəsinin həlli üçün bir iş görə biliblərmi ki, bu dəfə onun azad edilməsi, münaqişənin həll edilməsi yolunda problemə səbəb olmuş olsun?" Əzimov deyib:" Minsk Qrupu həmsədrlərinin Qarabağ münaqişəsi haqdakı mövqeləri həmişə mənfi olubdur və onlar həmişə vaxtı hədər edib, seyri-səyahətlə məşğul olublar. əslində isə heç bir iş görməyiblər". Azərbaycan Respublikası ordusunun zabiti Ramil Səfərov 2004-cü ildə Macarıstanda NATO-un təlim kursları zamanı Qarabağ şəhidləri və Azərbaycan Respublikasının bayrağına hörmətsizlik etməsinə görə öz erməni həmkarını qətlə yetirdi. Ramil Səfərov Macarıstandan ekstradisiya edildikdən sonra Azərbaycan Respublikası prezidenti tərəfindən əfv edildi. Onun əfv edilməsi Amerika, Qərb ölkələri və Ermənistanın kəskin reaksiyası ilə üzləşdi.

  • Yazılıb
  • da (də) 2012 Sep 22