/Aran Agentliyi
10 əsgəri pusquya salaraq öldürülməsində “İsrail barmağı” ortaya çıxıb
HaqqYolu - Qəzetimizin (Yeni Musavat) ötən sayında PKK-nın Azərbaycan əlaqələri barədə sensasion xəbər vermişdik. Dərc edilmiş məqalədə deyilir ki, PKK terror təşkilatının ölkənin cənub-şərqindəki Bingöl əyalətində əvvəlcə 8 xüsusi təyinatlı polisi, ardınca 10 əsgəri pusquya salaraq öldürülməsində “İsrail barmağı” ortaya çıxıb. İsrailin “Tadriran Telecom” şirkətinə gəldikdə isə dünyanın telekommunikasiya sahəsində aparıcı şirkətlərindən biri olaraq, onun həm də Azərbaycanla ticarət əlaqələri var.
Bu şirkətin məhsullarının Azərbaycandakı distribütoru “Advantek Company”dir. Sentyabrın 22-də sözügedən şirkətin internetdə qeyd olunan ünvanına - Zərifə Əliyeva 55 ünvanına baş çəkdik. Şirkətin yerləşdiyi iddia olunan binadan bizə bildirdilər ki, burada 100-dən çox şirkət fəaliyyət göstərir. Ancaq onların arasında “Advantek Company” adlı şirkəti yoxdur.
Faktın özü göstərir ki, İsrail şirkəti Azərbaycanda məxfi çalışır. (musavat)