Tarix : 2012 Sep 23
Kod 32945

İlqar İbrahimoğlu Strasburqa dəvət aldı

DEVAMM sədri Hacı İlqar İbrahimoğlu Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçiriləcək növbəti sessiyasında iştirak üçün rəsmi dəvət almışdır
/Aran Agentliyi

 

 DEVAMM sədri Hacı İlqar İbrahimoğlu Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçiriləcək növbəti sessiyasında iştirak üçün rəsmi dəvət almışdır. Sessiya oktyabrın 1-dən 5-dək Fransanın Strasburq şəhərində keçiriləcəkdir.

Qeyd etmək lazımdır ki, AŞPA - Avropa Şurasının ali nizamnamə orqanıdır. AŞPA üzv ölkələrin parlamentlərinin təmsilçilərindən formalaşdırılır. Parlamentlərarası əməkdaşlıq baxımından AŞPA Avropanın ən qədim orqanıdır.

AŞPA üzvləri quruma daxil olan dövlətlərin parlamentariləri sırasından təyin edilir.

Ənənəvi olaraq, AŞPA-nın sessiyaları ümumavropa siyasətinin həlledici məqamlarını müəyyənləşdirən tendensiyaları üzə çıxarır və mövcud problemlərin həlli istiqamətində müzakirələr aparır.

Avropa Şurasının baş katibini seçmək və İnsan haqları üzrə Avropa Məhkəməsinin hakimlərini təsdiqləmək də AŞPA-nın mühüm səlahiyyətləri sırasındadır.

  • Yazılıb
  • da (də) 2012 Sep 23