Tarix : 2012 Sep 23
Kod 32946

Hicablı şagirdlər sinif-sinif axtarılır

Yoxlama aparan 3 nəfər, dərsdə oturan hicablı şagirdlərə başlarını açmağı əmr ediblər
/Aran Agentliyi

 

Yoxlama aparan 3 nəfər, dərsdə oturan hicablı şagirdlərə başlarını açmağı əmr ediblər.

 Məktəblərdə hicab qadağası davam etməkdədir. Xebername.az İnternet qəzetinin redaksiyasına daxil olan məlumata görə hicab qadağası ciddiyətini qorumaqdadır və məktəblərdə artan xətt üzrə yeni təsiretmə üsullarıda həyata keçirilir.

Belə ki, Sentyabr ayının 19-u 20-i tarixlərində Bakı Şəhəri Yasamal Rayonunda yerləşən H.Aslanov adına 175 saylı orta məktəb və 176 saylı orta məktəbdə 2-i kişi, 1-i qadın olmaqla 3 nəfər sinif otaqlarını gəzərək hicablı şagirdlərin olub olmadığını yoxlayıblar.

Onların video kamera ilə çəkiliş apardıqları da məlumatda bildirilir. Yoxlama aparan 3 nəfər, dərsdə oturan hicablı şagirdlərə başlarını açmağı əmr ediblər. Hətta etiraz edən şagirdlər başlarını açmağa məcbur edilib. Məktəb müəllimlərinə də tapşırılıb ki, kimin dərsində hicablı şagird olsa o, müəllim işdən uzaqlaşdırılacaq.

  • Yazılıb
  • da (də) 2012 Sep 23