Tarix : 2012 Sep 23
Kod 32950

Dünyanın ən gözəl qızı, yoxsa mövla Əli (ə) ilə bir anlıq görüş

Azərbaycan dünyanın ikinci şiə ölkəsi olduğu bir halda dünyanın ən gözəl qızını tanımaq üçün müsabiqə keçirir
/Aran Agentliyi

Azərbaycan dünyanın ikinci şiə ölkəsi olduğu bir halda dünyanın ən gözəl qızını tanımaq üçün müsabiqə keçirir. Azərbaycan tarixinin məşhur alimi Əllamə Cəfəridən bir xatirə yada düşür.

AranNews - Mənbəmiz "Veblaqistani-məşriq"-ə istinadla nəql edir ki, İran və Azərbaycanın məşhur alimi Əllamə Məhəmməd Təqi Cəfəri öz tələbəlik dövründən bir xatirə danışaraq məsumların (ə) ona diqqətinin sirrini izah etmiş və hər nəyi varsa ilahi bir imtahandan keçdikdən sonrakı kəramətin ardınca olduğunu açıqlamışdır:

"Biz Nəcəfdə "Sədr" mədrəsəsində qalırdıq. Bayramlarda və şad günlərdə şadlıq məclisi keçirməyə çox riayət edirdik. Qəmli günlərdə də matəm məclisləri təşkil edirdik. Bir gecə həzrət Fatimeyi-Zəhranın (ə) mövludu (doğum günü) idi. Əvvəl məğrib və işa namazlarını qıldıq. Şərbət içdikdən sonra şadlıq məclisinin tədbirləri ilə məşğul olduq. Şeyx Heydər Əli İsfahani adında bir yoldaşımız var idi. Nəcəfabad şəhərindən idi. Olduqca zövqlü adam idi. Məclisə daxil olan kimi bütün məclisi ələ alırdı.

Belə münasibətlərin birində bayram Bağdad, Bəsrə və Nəcəfin ən isti günlərinə düşmüşdü. Hətta, istidən ölənlər var idi. Biz gecə oturduq, şərbət hazırlayıb içdik. "Şünasnamei-xər" kitabının sahibi Şeyx Heydər Əli İsfahani də gəldi. Mədrəsəmizin müdiri mərhum Seyid İsmayıl İsfahani də orada idi. O, Şeyx Heydər Əliyə dedi: -Ağa, gecə keçmir, sözün varsa de. Şeyx Heydər Əli bir qəzet parçası çıxartdı. Üstündə bir qız şəkili var idi və şəkilin altında yazılmışdı: "Əsrimizin ən gözəl qızı". Sonra dedi: -Ağalar, mən bu şəkil barədə sizdən bir sual soruşmaq istəyirəm. Əgər sizi bu qızla şəri və qanuni olaraq izdivac etmək – görüşün ilk anından da əqd oxunsa, burada bir an da olsun şəriətin xilafına bir iş olmasa – min il də onunla xoş və qüssəsiz yaşamağınızla, həzrət Əlinin (ə) camalını müstəhəb ziyarət etməkdə seçim arasında qoysalar, hansını seçərdiniz?

Sual çox dəqiq idi. Qız tərəf halal idi, həzrət Əlini (ə) ziyarət etmək müstəhəb. Şeyx Əli dedi ki, həqiqəti deyin və canamaz suya çəkməyin, tələsməyin, düzgün cavab verin. Kağızı əvvəl mədrəsənin müdiri aldı. Şəkilə baxıb, yanında oturan oğluna isfahan ləhcəsi ilə dedi: - Seyid Məhəmməd, biz bir söz desək, gedib anana deməyəsən?! Artıq ağanın nəzəri məlum oldu. Bizim əlaçı şagirdimiz qiymətini aldı! Hamı gülməyə başladı. Kağızı ikinciyə verdilər. O da kağıza baxıb dedi: - Şeyx Əli, ixtiyarınız var. Bizim müdirimiz belə deyəndə biz onun əskinə bir söz deyə bilmərik. Daha ağa nəzərini dedi. Dostlar yenə güldülər. Növbə üçüncüyə çatdıqda dedi: - Şeyx Heydər, həzrət Əlidən (ə) hədis nəql olunub: "Ey Haris, hər kim ölsə məni görəcək". Bəs biz vaxtında həzrət Əlinin (ə) camalını görəcəyik. Yenə hamı gülməyə başladı. Doğrudan da çətin sual idi. Yodaşlardan biri dedi: - Şeyx Heydər, dedin ki, (seçimdə) həzrət Əli (ə) ilə görüş müstəhəbdir? Amma o birisi (qızla izdivac) yüz faiz şəri? Şeyx Heydər: - Daha nə deyim? Yenə hamı güldü.

Beşinci adam mən idim. Kağız mənim əlimə çatdı. Gödüm ki, baxa bilmirəm. Kağızı özümdən sonrakı adama ötürdüm və dedim: - Mən, Əli (ə) ilə bir anlıq görüşü min illər boyu  bu qızla yaşamağa dəyişmərəm. O an halımın dəyişdiyini hiss etdim. O vaxta qədər belə bir hala düşməmişdim. Yuxulu və huşsuzluq kimi bir halda ayağa qalxdım. Gecənin əvvəlindən hücrəmə daxil oldum. Özümü qeyri-adi bir halda hiss edirdim. Hücrəm də üzü günçıxana  tərəf idi. Artıq heç nə başa düşmürdüm. Birdən daha başqa bir hala düşdüm. Onda gördüm, böyük bir otaqdır və bir nəfər məclisin başında əyləşib. Şiə və əhli-sünnənin həzrət Əli (ə) barəsində yazdıqları  bütün əlamətlər bu şəxsdə var idi. Mənim sağ tərəfimdə bir gənc oturmuşdu. Soruşdum, bu ağa kimdir? Dedi: - Bu ağa, Əlinin (ə) özüdür. Mən doyunca ona baxdım. Sonra çölə çıxıb, həmin məclisə getdim. Artıq kağız doqquzuncu, ya onuncu şəxsə çatmışdı. Rəngim qaçmışdı. Bilmirəm, bəlkə də mərhum Şəmsabadi idi, mənə xitab edərək dedi: - Ağa Şeyx Məhəmməd Təqi, siz hara gedib-gəldiniz? Macaranı demək istəmirdim. Çünki əgər desəydim kefləri pozulacaqdı. Lakin onlar təkid etdilər. Nəhayət, mən macaranı danışdım. Onların halı dəyişdi. Allah rəhmət etsin, ağa Seyid İsmayılı (mədrəsənin müdiri). Şeyx Heydərə dedi: - Bir də belə zarafat etmə. Bizi çox pis imtahana çəkdin.

Bu mənim ömrümün ən gözəl xatirəsidir".

Qeyd edək ki, dünyanın ən gözəl çılpaq qızı pozğun müsabiqəsi dünyanın ən "sivil ölkə"lərindən 24 ölkəsinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasında keçirilir.

  • Yazılıb
  • da (də) 2012 Sep 23