Tarix : 2012 Sep 24
Kod 32960

Türkiyə mediasından Azərbaycana şok iddia

“Yeni Şafak”: “PKK Azərbaycanda saxta şirkət qurub və terrorçulara Azərbaycandan radiodinləyicilər ötürülüb»
m/Aran Agentliyi

Türkiyə mətbuatında PKK terror təşkilatının son dövrlər həyata keçirdiyi terror aktları ilə bağlı yazıda Azərbaycanın da adı hallandırılıb. Türkiyənin “Yeni Şafak” qəzetinin Dünənki sayında PKK terror təşkilatının bir neçə gün əvvəl Bingöldə 8 polisi, ardından isə 10 əsgəri şəhid edən hücumlarının arxasında İsrailin barmağı olduğunun ortaya çıxması haqda manşet yazı dərc olunub. Yazıda terrorçuların İsrail istehsalı olan casus cihazları ilə Türkiyə təhlükəsizlik qüvvələrinin telfonlarını dinləyib əsgərlərin yollardan keçiş saatlarını öyrəndikləri qeyd olunur. İddia olunur ki, bu yüksəksəviyyəli texnoloji cihazları əldə etmək üçün PKK mənsubları Azərbaycanda saxta şirkət də qurublar.

Yazıda qeyd olunur ki, İsrail istehsalı olan cihazlarım əldə etmək üçün aylar əvvəl çalışmalara başlayan təşkilat, Azərbaycanda qurduğu saxta şirkət vasitəsi ilə İsrailin Dadaran Telekom Şirkətinin istehsal etdiyi cihazları satın alıb: “Avionik sistemlərlə təchiz edilmiş cihazlar Azərbaycandan İrana, oradan da şimali İraqdakı Hınare düşərgəsinə çatdırılıb. Türkiyəyə keçirilən bu cihazlarla bölgədə bir müddət dinləmə fəaliyyətində olan terrorçular, polis və əsgərlərin yolardan keçiş saatlarını təyin edərək hücumları reallaşdırıblar. Avropa Birliyi ölkələrində mədəni fəaliyyətlər xaricində digər fəaliyyətləri məhdudlaşdırılan terror təşkilatı, yeni nəsil cihazları əldə etmək üçün maraqlı yola əl atıb. Cihazların alışı üçün əvvəl Azərbaycanda saxta bir şirkət quruldu. Fevral ayında İsrailli firmayla razılaşan təşkilat, 95 ədəd casus cihazı sifariş verdi. Eyni ay başladılan təslimat iyun ayına qədər davam etdi. Azərbaycandan Şimali İraqda terroristlərin təlim keçdiyi Hınare düşərgəsinə çatdırıldı. Cihazların istehsalını isə İsrail tərəfindən Hindistanda qurulan saxta bir şirkət reallaşdırdı”.(bizimyol)

  • Yazılıb
  • da (də) 2012 Sep 24