Tarix : 2012 Sep 24
Kod 32961

Mülkiyyət müharibəsi davam edir

Bakının mərkəzində mülklər sökülür, kompensasiya əvəzinə 1500 manat pul verilir
m/Aran Agentliyi

Paytaxtın mərkəzində mülklərin sökülməsi davam edir. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Zülfəli İsmayılov Mirzağa Əliyev ilə Dilarə Əliyeva küçələrinin kəsişməsində yaşayan sakinləri şifahi xəbərdarlıq edib ki, bir gün vaxt var, evlərinizi tərk edin. Əks halda mükləri başlarına uçurulacaq. Bu barədə “Bizim Yol”a sakinlərdən biri məlumat verib.

Zülfəli İsmayılovun sakinlərə dediyinə görə ərazi plana düşüb. Elə ona görə mülklər söküləcək. Ancaq bu barədə rəsmi sənəd göstərilməyib. Sökülən evin hər kvadratmetrinə görə mülkiyətçiyə 1500 manat veriləcəyi vəd edilib. Sakinlər isə bununla razılaşmırlar, bu pulu kompensasiya hesab etmirlər. Evlərin yerləşdiyi əraziyə dövlətin tələbatı varsa, mülklər bazar qiymətində dəyələndirilməli və mülkiyyətçilərlə razılaşdırılmalıdır. Z.İsmayılov sakinlərə deyib ki, ərazidə müasir tipli yaşayış binaları tikiləcək. Bu isə o deməkdir ki, əraziyə dövlətin tələbatı yoxdur.

Hazırda söküntünün Topçubaşov küçəsinin Mirzağa Əliyev və Dilarə Əliyevanın kəsişməsindən başlayacaq.(bizimyol)

  • Yazılıb
  • da (də) 2012 Sep 24