Tarix : 2012 Sep 24
Kod 32965

Bakıda iranlılar məktəbində yeni təhsil ilinə start verildi

İRAN-Bu gün Bakıda iranlılar məktəbində Azərbaycanda yaşayan iranlı məktəblilərin iştirakı ilə yeni təhsil ilinə start verilib
/Aran Agentliyi

İRAN-Bu gün Bakıda iranlılar məktəbində Azərbaycanda yaşayan iranlı məktəblilərin iştirakı ilə yeni təhsil ilinə start verilib.

Bakıdan daxil olan məlumatlara görə, iranlı məktəblilər və onların valideynlərinin, Vəliyyi-Fəqihin Bakıdakı nümayəndəsinin habelə, İran səfirliyi və Bakıda fəaliyyət göstərən iranlı qurumların məsul işçilərinin iştirakı ilə keçirilən yeni təhsil ilinin başlanması mərasimində ilk zəng İranın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili tərəfindən səsləndirilib.

Vəliyyi-Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi Əli Əkbər Ocaqnejad mərasimin əvvəlində iranlı məktəblilərin yeni təhsil ilinə “Ləbbeyk Ya Rəsulallah” şüarı ilə başladıqlarına təkid edərək, deyib: Elm və iman bir-birinin tamamlayıcısıdır. Və biri olmadan, digəri faydalı olmaqdan daha çox, zərərli olar.

Həzrət Vəliyyi-Əsr(əc) mədrəsəsinin müdiri yeni təhsil ilinin “Kəramət Həftəsi” ilə bir vaxta təsadüf etməsinə işarə edərək, deyib: Yeni təhsil ili elə bir şəraitdə başlayır ki, Təhsil Sistemində Dəyişiklik sənədinə əsasən təhsil sistemində ciddi dəyişikliklər baş verib. Bu dəyişikliklərin məqsədi isə məktəblilərdə yaradıcılıq, təfəkkür və istedadların çiçəkləndirilməsidir.

Bu arada bəzi məktəblilər “Əxbare-Cəvaneha”-nın müxbiri ilə müsahibədə elmin öyrənilməsində böyük həvəsə malik olduqlarını bəyan edərək, yeni təhsil ilinin başlanmasından sevindiklərini bildiriblər.

  • Yazılıb
  • da (də) 2012 Sep 24