İslam müqəddəslərinə edilən hörmətsizliyə etiraz olaraq bir qrup şəhər sakini “Allahu-Əkbər” şüarı verərək, Fransanın İstanbuldakı Baş Konsulluğuna tərəf yürüş edib
/Aran Agentliyi
İslam müqəddəslərinə edilən hörmətsizliyə etiraz olaraq bir qrup şəhər sakini “Allahu-Əkbər” şüarı verərək, Fransanın İstanbuldakı Baş Konsulluğuna tərəf yürüş edib.
İRNA-nın məlumatına görə, “Xəbər 7” internet saytı yazıb: “Alperenler” təşkilatının tərəfdarlarından olan 50 nəfərlik bir qrup dünən gecə yarısı İstanbulda Fransanın Baş Konsulluğu qarşısında piket keçirərək, konsulluq binasına tərəf yumurta və su şüşələri atıb.
Təkbir ilə konsulluq binası qarşısında aksiya keçirənlər İslam Peyğəmbərinə(s.ə.s) qarşı hörmətsizlik məqsədi daşıyan film və karikaturaların yayımlanmasında məsuliyyət daşıyanların cəzalandırılmasını tələb ediblər.
İstanbul çevik polis alayının müdaxiləsi ilə qarşılaşan aksiya iştirakçılarından biri “Onlar bizim peyğəmbərimizə hörmətsizlik ediblər. Belə bir şəraitdə türk polisinin müdaxilə etməsini istəmirik.”-dedi.
Çevik polis alayının aksiya iştirakçılarına qarşı bibər qazından istifadə etməsinə baxmayaraq, aksiya iştirakçıları konsulluq binası qarşısında bir müddət oturaq aksiya keçiriblər.