Bir neçə həftə bundan öncə amerikalı kino rejissor Nakoula Basseleyin “Müsəlmanların məsumiyyəti” filminə qarşı təşkil edilən etirazlar artıq Azərbaycan dindarlarını da hərəkətə keçirib
/Aran Agentliyi
Bir neçə həftə bundan öncə amerikalı kino rejissor Nakoula Basseleyin “Müsəlmanların məsumiyyəti” filminə qarşı təşkil edilən etirazlar artıq Azərbaycan dindarlarını da hərəkətə keçirib.
Sosial şəbəkələr vasitəsilə artıq bir neçə gündür bu istiqamətdə təbliğat işləri aparılır.
Sosial şəbəkələrdə yayılan baykot çağrışında bildirilir ki, 24-25 sentyabr tarixlərində bütün müsəlman ölkələrində “google” və “youtube”saytları baykot edilir və özünü müsəlman hesab edən azərbaycanlılar da bu boykota qoşulmalıdırlar.
Baykot çağrışının sonunda dindarlar Məhəmməd peyğəmbəri bəşəriyyətin xilaskarı adlandırıblar.
Xatırladaq ki, “Müsəlmanların məssumiyyəti” filminə etirazlar Liviyada ABŞ səfirinin öldürülməsiylə nəticələnmişdi. Həmçinin bu günə qədər Sudan, Əfqanıstan, Pakistan və Dağıstanda “youtube” saytına giriş qadağan edilib. Bəzi müsəlman ölkələrində filmə qarşı keçirilən aksiyalardakı toqquşmalar zamanı onlarla insan ölüb.