Tarix : 2012 Sep 24
Kod 32972

Saxlanılan etirazçılardan 9-u buraxılıb

Bu zaman ictimai qaydanı pozduğu üçün 13 nəfər saxlanılaraq Səbail rayon Polis İdarəsinə aparılıb
/Aran Agentliyi

İslamazeri.az-ın verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, bu gün Bakıda Fransa səfirliyi qarşısında bir qrup şəxsin qanunsuz aksiya keçirmək cəhdinin qarşısı alınıb. Bu zaman ictimai qaydanı pozduğu üçün 13 nəfər saxlanılaraq Səbail rayon Polis İdarəsinə aparılıb.

Onlardan 4-ü polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün inzibati xətalar məcəlləsinin 310-cu maddəsinə uyğun olaraq barələrində inzibati protokol tərtib edilib və baxılması üçün rayon Məhkəməsinə göndərilib.

Qalan 9 nəfəri isə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Fransanın Bakıdakı səfirliyi qarşısında dindarlar "Charlie Hebdo" jurnalının son sayında İslam Peyğəmbəri və müsəlmanların barəsində karikaturalarla təhqir edilməsinə etiraz aksiyası təşkil ediblər.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Sep 24