Tarix : 2012 Sep 26
Kod 32991

Elçin Manafov: ''Haqsızlıqlara qarşı etiraz bəzən sözlə də ola bilər. Əsas biganə qalmamağımızdır''

''Xalqa özləri kimi nökərçilikdən başqa seçim qoyulmur''
g/arannews

 

Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov partiyanın rəsmi saytının suallarını cavablandırıb.

Bildiyimiz kimi son zamanlarda ölkəmizin ayrı-ayrı bölgələrində yerli icra hakimiyyəti orqanları müxtəlif bəhanələrlə fəal insanları, mömin şəxsləri təhdid etməyə başlamışlar. Sizcə bu hüquq mühafizə orqanlarının özbaşnalığı, yoxsa hakimiyyətin yerlərdə apardığı siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir?

- Əvvəlcə onu deyim ki, hər bir xalqın, dövlətin ictimai, siyasi həyatında müxtəlif dövrlərdə müxtəlif çətinliklər yarana bilər. İqtisadiyyat, tikinti, ticarət qalxan və enən xətt üzrə gedə bilər. Bunlar böyük fəsadlar törətməz. Vay o günə mənəviyyat tənəzzülə uğraya, insan haqqı tapdalana, din-iman əldən gedə. Ölkəmizdə böyük inkişaflar olsa da, sonuncu dediyim amil cəmiyyətdə ciddi narahatlıq törədir. Belə ki, baş verənlər bir daha ölkədə İslam və islamçılara olan təzyiq və represiyaların hələ də davam etməsini tam təsdiqləyir.Təəssüflər olsun ki, ölkəmizdəki məmurlar dünyada İslama qaşı elan edilməmiş müharibənin iştirakçılarına çevriliblər. Əziz Peyğəmbərimizin təhqir olunduğu ölkələrin, Amerika və Fransanın səfirləri futbolu izləmək bəhanəsi ilə dini mərkəzlərdən sayılan Lənkəran şəhərinə gedirlərsə, bu, xalqın heysiyyatı ilə oynamaqdır. Bunu təşkil edənlər əməlləri ilə xalqımıza, dinimizə, milli-mənəvi dəyərlərimizə qənim kəsilən düşmən tərəfində olduqlarını elan edirlər. Axı yaxşı bilirlər ki, İslama və Peyğəmbərimizə hörmətsizlik edən iki ölkənin səfirliyinin futbola birlikdə gəlmələri heç də təsadüfü deyil. Özü də Lənkəran kimi əhalisinin əksəriyyəti dindar olan bir şəhərə. Belə hərəkətlə insanlar üçün laqeydlikdən başqa alternativ yol qoymurlar. Hardadır ölkəmizdə müstəqilliyin carçıları. Niyə bu boyda nökərçiliyə rəvaç verilir. Niyə Amerika və Fransa kimi ölkələrin səfirliklərinin çirkin planlarını həyata keçirmələrinə şərait yaradılır. Astaradakı hadisələr, Masallıdakı tuthatutlar düşmənin dəyirmanına su tökmək deyilmi? Nökərçilikdə canfəşanlıq göstərən məmurlar! Bəlkə müsəlman ailələrində doğulmamışlar.

- Baş verənlərlə bağlı sizcə islamçıların mövqeyi necə olmalıdır?

- Mütləq baş verən hər bir hadisədə bir hikmət, bir ibrət dərsi var. Baş verənlərə səbəb amillərdən biri də süstlüyümüz, laqeydliyimizdir ki, vaxtında dini dəyərlərimizə, dini şəxsiyyət və liderlərimizə lazımı qiymət verməmişik. Ona görə də mental dəyərlərimiz, təməl azadlıqlarımız əlimizdən alınır. Qiymətli nemətin qədrini bilməyəndə Allah onu adamın əlindən alar. Onbir İmamın qədri bilinmədikdə,insanlar onları şəhid etdikdə Allah Təala 12-ci İmamı qeybə çəkdi. Yəni insanların gözündən gizlətdi. Əgər biz dini dəyərlərimizə, dini şəxsiyyət və liderlərimizə, alimlərimizə və ağsaqqallarımıza qiymət verib hörmət qoysaq, digərləri də məcbur olub onlara ehtiramla yanaşacaqlar. Əgər başımıza gələnləri bu günkü gündə xeyrə yozmaq istəsək deməliyik ki, bunlar bizim üçün bir imtahandır. Mühüm olanı bu imtahandan alnıaçıq, başıuca çıxmağımızdır. Allah hamımızı vəzifəsini bilib ona əməl edənlərdən qərar versin. Haqsızlıqlara qarşı etiraz bəzən sözlə də ola bilər. Əsas biganə qalmamağımızdır. (islaminsesi) 

  • Yazılıb
  • da (də) 2012 Sep 26