Tarix : 2012 Sep 26
Kod 32993

Hicab - Qadının həqiqi azadlığıdır

Görəsən nə vaxtacan biz özümüzü, kimliyimizi, əxlaqımızı unudacayıq?
g/arannews

 

Yayın qurtarmağına çox az günlər qalıb. Ancaq yenə də çoxumuzun geyimı düzəlmir. Görəsən nə vaxtacan biz özümüzü, kimliyimizi, əxlaqımızı unudacayıq?

Geyim özü bir mədəniyyətdir, əxlaqdır. Bəs görəsən niyə öz əxlaqımızı, mədəniyyətimizi, kimliyimizi qorumuruq?! Niyə unuduruq biz harada necə geyinməliyik?!

Bir çox qadınların sevimli geyimi, əfsus ki, qısa ətək kimi yersiz geyimlərdir. Ancaq heç fikirləşmişikmiki, bu qısa ətək necə və kim tərəfindən yaradılıb? Qısa ətəyin maraqlı yaranma tarixi var.

Belə ki, 1959-cu il yanvar ayında gənc ingilis dizayneri Meri Kuantin ağlına çox maraqlı bir fikir gəlib. Bir dəfə o rəfiqəsinin qısa ətəklə pol sildiyini görür və ondan sonra fikirləşir ki, öz kolleksiyasına qısa ətək geyimini salsın və belə də edir.

Fikirləşsək ki, bu ideya çox düşüncəsiz və əxlaqsız bir ideyadır, onda yəqin ki, hansısa bir tele-seriallara, şou-proqramlara baxıb, özümüzü ingilissayağı etmərik.

Ey müsəlman qadın, görəsən heç fikirləşmisənmi ki, nəinki qısa ətək, sən heç başıaçıq gəzməli deyilsən. Hicabsız keçirdiyin hər an, hər dəqiqə sənin əleyhinədir və buna görə Allahın yanında cavab verəcəksən. Gəlin Allahın hökmlərini heç zaman istəklərimizə, nəfslərimizin tələblərinə görə dəyişməyək. Yəni dinimizi istəklərimizə deyil, istəklərimizi dinimizə uyğunlaşdıraq. Həqiqətən, hicab qadın üçün bir şərəfdir. Hicab – qadının həqiqi azadlığıdır. İslam dini həmişə qadına hörmətlə yanaşıb. Yadımıza salaq ki, islam dini o vaxt zühur etdi ki, yenicə anadan olmuş qızları ərəblər diri-diri torpağa basdırıdılar. Amma ümmətimizin Peyğəmbəri Həzrət Muhəmmədin (s) ilk təbliğatları bu oldu ki, bu əməlin eybəcərliklərini bəlli etdi. Rəsulallah (s) həmişə qızı Zəhra (s.ə) gələndə ayağa qalxardı və onun əllərindən öpərdi. Bu hərəkətlərlə Peyğəmbərmiz (s) insanlara bunu çatdırdı ki, islam dini kişilərlə qadınlar arasında fərq qoymur. İslam deyir ki, biz qadına azadlıq veririk, amma qadınlar da gərək Allahın əmrlərinə əməl etsinlər. Qadının azadlığı isə qadının hicabıdır.

Yetər Yusifova /deyerler 

 

  • Yazılıb
  • da (də) 2012 Sep 26