Tarix : 2012 Sep 26
Kod 32994

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov müxalif və müstəqil qəzetləri izl...

O, vəkil Anar Qasımlıya bu barədə gileylənib
g/arannews

 

O, vəkil Anar Qasımlıya bu barədə gileylənib.
Sentyabrın 26-da Anar Qasımlı 11 saylı Cəzaçəkmə Müəssisəsində məhbus partiya lideri ilə görüşüb. “Media forum” saytına danışan vəkilin sözlərinə görə, Mövsüm Səmədov cəzaçəkmə müəssisəsinə köçürüləndən məlumatsız qaldığını, Azərbaycanda və dünyada baş verənləri izləyə bilmədiyini deyib: “Ona yalnız rəsmi qəzetlər verilir. Bu isə Mövsüm bəyi alternativ informasiya almaq imkanından məhrum edir”.
Mövsüm Səmədov 11 saylı Cəzaçəkmə Müəssisəsinə bu ilin mayında köçürülüb.
Anar Qasımlı hüquqlarını müdafiə etdiyi şəxsin müxalif və müstəqil mətbuatla təmin olunması üçün Penitensiar Xidmətin rəhbərliyinə rəsmi müraciət edəcəyini vurğulayıb.
(Media forum) 

  • Yazılıb
  • da (də) 2012 Sep 26