Tarix : 2012 Sep 26
Kod 32996

''Azərbaycan əsgərləri Quran güllələyənlərlə bir yerdə ola bilməz''

Rövşən Əhmədli: ''Ölkəmizin və ya hər hansı bir zabitimizin taleyi ilə bağlı qərar verərkən kimdənsə icazə almamalıyıq
g/arannews

 

 “Qarabağın müdafiəsi hər bir Azərbaycanlının ən müqəddəs borcudur. Azərbaycanın əsgərləri heç vaxt müsəlmanların müqəddəs kitabı sayılan Qurani-Kərimi güllələyən və demokratiya adı altında müsəlman ölkələrini işğala məruz qoyan ordu koalisiyalarına sülhməramlı adı altında dəstək verə bilməz.” FaktXeber.com-un verdiyi məlumata görə, bu sözləri Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Azad Qarabağ Uğrunda Alyansın (AOA) təşəbbüsü ilə keçirilən Dəyirmi Masada çıxış edərkən söyləyib. Rövşən bəy onu da bildirdi ki, Ramil Səfərovun əfv edilməsi prezidentə aid olan müstəsna bir hüquqdur: “Ölkəmizin və ya hər hansı bir zabitimizin taleyi ilə bağlı qərar verərkən kimdənsə icazə almamalıyıq. BMT və digər beynəlxalq təşkilatlar əgər hamı üçündürsə, nəyə görə Dağlıq Qarabağla bağlı qəbul edilmiş 4 qətnaməyə bu günə icra edilməyib. Eyni halda bu günə qədər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi terror və işğalla bağlı hər hansı beynəlxalq təşkilat bir söz deməyib. Nəyə görə erməni cinayətlərinə görə, Ermənistana qarşı sanksiyalar tətbiq edilmir?”

Cəmiyyətdə korrupsiyanın və məmur özbaşınalığının baş alıb getdiyini bildirən hərəkat sədri, “insanların etirazlarına, problemlərinə qarşı laqeyd münasibət mövcuddur. Deyilən neqativ halların qarşısını almadan Qarabağ uğrunda birlikdə mübarizəyə qalxmaq mümkün olmayacaq”, - deyə bildirdi: “Yalnız problemləri aradan qaldırmaq və cəmiyyətdə həmrəylik əldə etməklə torpaqlarımızı işğaldan azad etmək mümkündür.”(faktxeber) 

  • Yazılıb
  • da (də) 2012 Sep 26