Azərbaycan Respublikası Parlamentinin deputatı seçilmək üçün hakim dairənin bir üzvünə 2 milyon dollar ödəmiş sabiq universitet rektoru, hazırda Fransada mühacir...
/Aran Agentliyi
Azərbaycan Respublikası Parlamentinin deputatı seçilmək üçün hakim dairənin bir üzvünə 2 milyon dollar ödəmiş sabiq universitet rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin yaydığı video ölkədə rüşvət sindromunu bird aha üzə çıxarıb.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevlə deputat Gülər Əhmədova arasındakı rüşvət qalmaqalının açılması ölkə və xaricdə Azərbaycan Respublikasının birinci xəbərlər sırasına düşüb. Bir necə gün əvvəl E.Abdullayev mediaya müraciət yayaraq, 2005-ci ilin parlament seçkiləri ərəfəsində deputat seçilmək üçün G.Əhmədovaya 2 milyon dollar verdiyini və əlində bunu sübut edən videomaterial olduğunu açıqlamışdı.
Yayılmış kadrlarda Elşad Abdullayevin kabinetində sabiq rektorun Gülər Əhmədova və Sevinc Babayeva ilə birgə söhbəti öz əksini tapıb. Danışıqların məzmunundan belə anlaşılır ki, Elşad Abdullayev Gülər Əhmədova və Sevinc Babayeva ilə deputat seçilməsi üçün ondan istənilən məbləğin mübahisəsini aparır. Orada 500 min və 1 milyon söhbətinin getdiyi açıq eşidilir. Belə məlum olur ki, Elşad Abdullayev ondan deputat seçilməsi üçün əvvəlcə 500 min istənildiyini və bu məbləği Sevinc Babayevaya verdiyini israr edir. Sevinc Babayeva da bunu təsdiqləyir. Gülər Əhmədova da öz növbəsində məbləğin 1 milyon olmalı olduğunu deyir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Milli Məclisin deputatı Gülər Əhmədova və hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin iştirakı ilə internetdə yayılmış videomateriala münasibətində deyib :” Məlum olduğu kimi, son illər korrupsiyaya və ölkənin demokratik inkişafına maneə törədən digər mənfi hallara qarşı mübarizə daha da gücləndirilmiş və sistemli xarakter alıb. Azərbaycan qanunvericiliyinə müvafiq olaraq aidiyyəti orqanlar tərəfindən ardıcıl şəkildə həyata keçirilən tədbirlər barədə ictimaiyyətə müntəzəm məlumat verilir. Dünən internet informasiya resurslarında yayılmış məlum videomaterial dövlətin antikorrupsiya siyasəti çərçivəsində müvafiq tədbirlər həyata keçirilməsinə əsas yaradır!!”
SəhərTV