Tarix : 2012 Sep 26
Kod 33003

İP qalmaqallı video ilə bağlı bəyanat yayıb

İctimai Palatanın Koordinasiya Şurası Azərbaycanda Seçki Korrupsiyasına dair bəyanat yayıb
/Aran Agentliyi

 

İctimai Palatanın Koordinasiya Şurası Azərbaycanda Seçki Korrupsiyasına dair bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim elitaya və siyasi rəhbərliyə yaxınlığı ilə tanınan Gülər Əhmədova və ABU- nun keçmiş rektoru, deputatlığa namizəd Elşad Abdullayev arasında axırıncının rüşvət müqabilində parlamentə deputat edilməsi barədəki video- sənəd cəmiyyətdə ciddi rezonansa səbəb olmuşdur.

Bəyanatda daha sonra qeyd olunur: “Həmin videosənəddə Gülər Əhmədova tərəfindən Parlamentin seçkilərlə deyil, rüşvət müqabilində tərtib olunan və dəyişdirilə bilən Prezident siyahısı əsasında müəyyənləşdirildiyi açıq aydın ortaya çıxır. Habelə, Parlamentin rəhbər orqanlarına vəzifələrə təyinatın rüşvət əsasında aparıldığı göstərilir. Məlum olur ki, seçkili dovlət orqanlaını xalq yox, siyasi işbazlar və qruplar tərəfindən müəyənləşir və belə qruplar bir neçədir. Bundan başqa son dövrün ən mühüm proseslərindən olan İnsanov, Fərhad Əliyev işinin siyasi xarakterli olduğu təsdiqlənir və digər olduqca əhəmiyyətli məsələlər meydana çıxır.

Beləliklə çox məsuliyyətli bir dövrdə vətənin, xalqın, dövlətin taleyinin necə bir təhlükəli əxlaqi, mənəvi mahiyyətə malik bir qüvvənin əlində olduğu faktı ilə üz – üzə qalmışıq.İP KŞ hesab edir ki,bu cür tərtiblənmiş hər hansı orqan, azərbaycan xalqını iradəsini ifadə edə bilməz. Xatıladılır ki, 2005- ci il seçkilərinə aid Avropa Məhkəməsində 20- dən çox qərar çıxarılmışdı və bu çür parlamentlər legitim sayıla bilməz.

Yaranmış vəziyyətdən çıxış yolu seçki sistemində demokratik islahatlara nail olmaqla Milli Məclisin indiki tərkibinin istefaya getməsi və yeni parlament seçkilərinin keçirilməsidir.

  • Yazılıb
  • da (də) 2012 Sep 26