Azərbaycan internetin “qismən azad” olduğu ölkədir, deyə Amerikanın Freedom House hüquq müdafiə təşkilatının dərc etdiyi illik məruzədə deyilir
/Aran Agentliyi
Azərbaycan internetin “qismən azad” olduğu ölkədir, deyə Amerikanın Freedom House hüquq müdafiə təşkilatının dərc etdiyi illik məruzədə deyilir.
Araşdırma 47 dövləti əhatə edib. Bu dövlətlər üç qrupa bölünüb: azad, qismən azad və qeyri-azad. Bu və ya digər qrupa mənsubluq hakimiyyətin internetdə informasiya axınının idarə edilməsi üzrə fəallığı ilə müəyyən edilir.
Azad ölkələr: Estoniya, ABŞ, Almaniya, Avstraliya, Macarıstan, İtaliya, Filippin, Böyük Britaniya, Argentina, CAR, Braziliya, Ukrayna, Keniya, Gürcüstan.
Qismən azad ölkələr: Nigeriya, Cənubi Koreya, Uqanda, Qırğızıstan, Meksika, Hindistan, İndoneziya, Liviya, Malayziya, İordaniya, Tunis, Türkiyə, Venesuela, Azərbaycan, Ruanda, Rusiya, Zimbabve, Şri-Lanka, Qazaxıstan, Misir.(Turan)