Tarix : 2012 Sep 26
Kod 33008

Hicablı şagird dərsə buraxılmır

Azadxeber.org saytının qaynar xəttinə daxil olan məlumata görə, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 288 saylı orta məktəbdə hicab qadağası davam edir
/Aran Agentliyi

Azadxeber.org saytının qaynar xəttinə daxil olan məlumata görə, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 288 saylı orta məktəbdə hicab qadağası davam edir.

Redaksiyamıza məlumat verən valideyn bildirib ki, övladını məktəbə hicablı şəkildə apararkən direktor balaca Fatiməni dərsə buraxmayıb. Valideyn bildirir ki, qızı Fatimə hicablı olmağı çox sevir. Baxmayaraq ki, Fatimənin 7 yaşı var, o az yaşlarından öz istəyi ilə hicab bağlamağa qərar verib.

Biz də öz növbəmizdə müraciətlə bağlı Lökbatan qəsəbəsində yerləşən 288 saylı orta məktəbə çəkilişə getdik. Məktəb önündə valideyn qızı Fatimə ilə bizi gözləyirdi. Onların müraciətlərini sizlərə təqdim edirik:

Qeyd edək ki, bir neçə gün əvvəl Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 288 saylı orta məktəbdə hicablı şagirdin valideyni övladının dərsə buraxılmamasından şikayət etmişdi.Şikayətlə bağlı 288 saylı məktəblə əlaqə saxlamışdıq. Məktəbin direktoru Gülüstan Ağazadə bildirmişdi ki, məktəbə hicabla gəlmək qadağandır. Bu göstərişə əsasən biz də məktəbə hicablı şagirdləri buraxmırıq. Direktor onu da qeyd etmişdi ki, azyaşlı uşağın başının bağlanmasının əleyhinədir və bu vahid məktəbli formasına ziddir.

  • Yazılıb
  • da (də) 2012 Sep 26