Tarix : 2012 Sep 26
Kod 33010

“Erotik tamaşalar bir yana, Bakının mərkəzində hər addım başı …xana var”

Eldəniz Quliyev: “Erotik tamaşadan danışmaq əvəzinə şəhərində mərkəzində gəzmək kifayətdir
/Aran Agentliyi

 

Eldəniz Quliyev: “Erotik tamaşadan danışmaq əvəzinə şəhərində mərkəzində gəzmək kifayətdir. Bakının mərkəzi hər addım başı sözün əvvəlini demək istəmədiyim xanalardır”

“Azərbaycandakı qeyri-sağlam mənəvi mühit artıq siyasi manikuliyasiya metoduna çevrilib. Erotik tamaşadan danışmaq əvəzinə şəhərin mərkəzində gəzmək kifayətdir. Bakının mərkəzi hər addım başı sözün əvvəlini demək istəmədiyim xanalardır. Ona görə də erotik tamaşa heç kimi təəccübləndirməməlidir. ” Bu sözləri FaktXeber.com-a Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev bir gün bundan öncə Bakıda nümayiş edilən erotik tamaşaya münasibət bildirərkən söyləyib. Müsahib qeyd etdi ki, Azərbaycanda Avropaya inteqrasiya bu cür başa düşülür: “Dünyada hazırda iki sivilizasiya üzbə-üz dayanıb. Bu sivilizasiyaların arasında da müəyyən təxribatçılar mövcuddur. İslam peyğəmbəri ilə bağlı son günlər çəkilən film və Fransa jurnallarından birində yayımlanan təhqir edici karikatura iki sivilzasiya arasında olan kövrək harmoniyanı poza bilər. Adı çəkilən tamaşa da bu prosesin tərkib hissəsidir. Əhalisinin böyük bir hissəsi müsəlman olan Azərbaycanda belə bir tamaşanın nümayiş edilməsi nonsesdir. Xalqın ideologiyasına cavabdeh olan şəxslər belə bir halı normal qəbul edirlərsə, bu artıq onların ən böyük bədbəxtçiliyidir.”(faktxeber)

 

 

  • Yazılıb
  • da (də) 2012 Sep 26