Vilayət, elə bir bağlılıq nöqtəsidir ki, ona sadiq qalmaq və söykənmək parçalanmanı aradan qaldırır və İslam ümmətinin vəhdətinə səbəb olur
/Aran Agentliyi
Vilayət, elə bir bağlılıq nöqtəsidir ki, ona sadiq qalmaq və söykənmək parçalanmanı aradan qaldırır və İslam ümmətinin vəhdətinə səbəb olur.
AranNews - İslam ümmətinin qeyri-dini hakimlərin hökumət etdiyi toplumlarınada yaşamağa məcbur olan müsəlmanları üçün vəhdət və həmrəylik ən əsas bir prinsip hesab edilir. Belə bir toplumda vilayət, elə bir bağlılıq nöqtəsidir ki, ona sadiq qalmaq və söykənmək parçalanmanı aradan qaldırır və İslam ümmətinin vəhdətinə səbəb olur. "Silsilətuz-zəhəb" (qızıl hədis) hədisinə: "La ilahə illəllah kəlməsi mənim qalamdır. Hər kim bu qalaya daxil olsa, əzabımdan amanda qalar. Bunun şərtləri var və mən həmin şərtlərdənəm”- diqqət etmək və həzrət imam Rzanın (ə) İslam ümmətinin vəhdətinə əhəmiyyət verməsi bu baxımdan çox faydalı ola bilər. İmam Rza (ə) Nişapura tarixi səfərində camaatın etiqadı və birbaşa tövhid məsələsinə diqqət etməklə yanaşı, psixoloji təhlükəsizlik qazanmaq və Allahın aman yerinə daxil olmağın şərtinin vilayət olmasını bildirir. Halbuki, imam Rza (ə) həmin səfərində çox güclü nəzarət altında idi və o zamanın hakiminin razılığı olmadan bu dəyərli çıxışı etdi. Bu da hədisin nə qədər dərin olmasını və imamın hədisdə bayraq etdiyi hissənin nə qədər dəyərli olmasına diqqət yetirməsini göstərir. Vilayət mövzusuna işarə etmək, yəni ictimai səadət yolunu göstərmək. Həzrət imam Rza (ə) tövhid və imaməti bir-birinə bağlamaqla bütün azğın və sapındırıcı hərəkətlərin üstündən batillik xətti çəkməkdən əlavə, İslam ölkələri, hətta İslam dünyasının gələcəyi üçün çözüm yolları göstərdi ki, ixtilaf və təfriqələr yarandıqda o kəslərin başına toplaşsınlar ki, onların hüzuru tövhidin yanında məna tapıb və vilayətləri tövhidi qəbul etməkdir. İmamın (ə) bu strateji hərəkəti tarix boyu şiəni sığortaladı və İslam dünyasını çaşqınlıq zamanı ilahi ayə və göstərişlərdən bəhrələnməyə yönəltdi.