Tarix : 2012 Sep 28
Kod 33019

Nardaranda ABŞ və Fransa bayrağı yandırılacaq

Sentyabrın 28-də Bakının Nardaran qəsəbəsində mitinq keçiriləcək.Qəsəbədə Fransa və ABŞ əleyhinə mitinq keçiriləcək
g/Aran agentliyi

 

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun  verdiyi məlumata görə, sabah saat 16.00-da Bakının Nardaran qəsəbəsinin "İmam Hüseyn" meydanında mitinq keçiriləcək. Şuranın və sakinlərinin təşəbbüsü ilə keçiriləcək kütləvi aksiyada ABŞ-da çəkilən “Müsəlmanların məsumiyyəti” adlı filmə və Fransada nəşr olunan “Charlie Hebdo” jurnalında Məhəmməd Peyğəmbərin (s) karikaturasının dərcinə etiraz olunacaq.

Qeyd edək ki, bu günə kimə qəsəbədə ABŞ əleyhinə keçirlmiş aksiyalarda dəfələrlə bayraq yandırılıb. Sabahkı aksiyada da belə bir addımın atılacağı istisna deyil.(FaktXeber)

  • Yazılıb
  • da (də) 2012 Sep 28