Tarix : 2012 Sep 28
Kod 33021

Sevinc Babayevanın həbs xəbəri yayıldı

Məlumat axşam saatlarında daxil olduğu üçün rəsmi qurumlarla əlaqə saxlayıb təfərrüatları öyrənmək mümkün olmayıb
g/Aran agentliyi

 

Millət vəkili Gülər Əhmədova ilə ABU-nun rektoru Elşad Abdullayevin məlum rüşvət olayında vasitəçilik edən Sevinc Babayeva həbs olunub.

Məlumat axşam saatlarında daxil olduğu üçün rəsmi qurumlarla əlaqə saxlayıb təfərrüatları öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, Azərbaycanda fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin deputat Gülər Əhmədova ilə bağlı yayınladığı video ölkə gündəmini zəb edib. Sentyabrın 25-də internetdə yayımlanan videoda Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva da görüntülənib.

Videomaterialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb./aznnews/ 

  • Yazılıb
  • da (də) 2012 Sep 28