Adı son illərin ən böyük qalmaqalında hallanan Gülər Əhmədovanın facebookdakı səhifəsində heyrətamiz status paylaşılıb
g/Aran agentliyi
Son günlər adı qalmaqallarda hallanan millət vəkili, Azərbaycan Respublikası Uşaq Təşkilatının sədri Gülər Əhmədova insult keçirib. Gülər xanımın qardaşı, teleaparıcı İlqar Mikayıloğlu ANS PRESS-ə açıqlamasında, gecə saatlarında bacısının vəziyyətinin pisləşdiyini bildirdi.
ANS TV-nin "Günə Baxan" verilişinin aparıcısı İlqar Mikayıloğlu bacısının səhhətində yaranmış problemi belə izah etdi: "Gülər xanım sadəcə baxır. Heç bir şeyə reaksiya vermir. Anamı yanına apardım. Həkimlər gəldikdə efirim olduğundan çıxmaq məcburiyyətində qaldım. Həkimlərin dəqiq diaqnozu bu gün aparılacaq müayinələrdən sonra bəlli olacaq". /anspress/
Adı son illərin ən böyük qalmaqalında hallanan Gülər Əhmədovanın facebookdakı səhifəsində heyrətamiz status paylaşılıb. “Sevinin, Gülər Əhmədovanı insult vurdu, sevinin” yazısının nə dərəcədə həqiqət olduğunu dəqiqləşdirmək imkanımız yoxdur. Lakin bir sıra saytlar artıq bu paylaşımdan təsdiqləyici başlıqla xəbər düzəldiblər.
Qeyd edək ki, elə ilk gündən bəzi Gülər xanımı yaxşı tanıyan bir sıra ekspertlər iddia edirdilər ki, onu “xəstələndirib”, ölkədən xaricə çıxaracaqlar. Bununla da gündəmin soyumasını gözləyəcəklər.
İrəliləyən saatlarda əlavə məlumat verəcəyik.(musavat)