Tarix : 2012 Sep 28
Kod 33024

Rusiya 8 minlik hərbi qüvvəsini Ermənistana Azərbaycanın ərazisindən keçirib

Bakının tanınmış hərbi eksperti Rusiyanın 8 minlik hərbi qüvvə və təchizatını Ermənistana Azərbaycan ərazisindən apardığını deyib
g/arannews

 

AranNews - Mənbəmizin məlumatına əsasən, hərbi ekspert Əziz Cəfərov Rusiyanın mötəbər qəzetlərindən birinə verdiyi müsahibəsində  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Çevik Reaksiya Qüvvələrinin Ermənistan ərazisində planlaşdırılan hərbi təlimlərində iştirak etmək üçün Rusiya öz hərbi qüvvə və təchizatını Ermənistana Azərbaycan ərazisindən aparıb. Azərbaycanın "Yeni Musavat" qəzeti Rusiyanın "Nezavisimaya Gazeta"-sına istinadla yazır: "Bu qüvvələr quru və hava məkanları vasitəsilə Ermənistana köçürülmüşdür".

Xatırladaq ki, keçən il də Rusiyanın Ermənistanda yerləşən 102 saylı hərbi hissəsinə hərbi qüvvə və təchizatını aparmaq üçün Azərbaycanın ərazisindən istifadə etməsi xəbərləri yayılmışdı.

Qafqaz regionunun bəzi mətbuatının, o cümlədən Tiflis çapı olan "Akhali Taoba" qəzetinin açıqlamalarına əsasən, Rusiya üç ildir ki, öz hərbi personal və silahlarını Ermənənistanda yerləşən 102 saylı hərbi bazasına keçirmək üçün Azərbaycanın hava məkanından istifadə edir. Həmçinin, bəzi gürcü mətbuatının yazdıqlarına əsasən, 2008-ci ildə Cənubi Osetiya müharibəsindən sonra Gürcüstan Rusiya ilə öz münasibətlərini dondurmuş və Rusiyanın Gürcüstan ərazisindən Ermənistanda yerləşən 102 saylı hərbi hissəsinə qüvvə aparmaq barədəki iki ölkə arasında bağlanmış müqavilənin icrası dayandırılmışdır. Həmin xəbərə əsasən, Rusiya bu tarixdən başlayaraq Rusiya öz hərbi qüvvə və təchizatını sözü gedən hərbi hissəyə Azərbaycan ərazisindən aparır. Onu da qeyd edək ki, 102 saylı hərbi hissə Rusiyanın Qafqazda ən böyük hərbi hissəsidir və Ermənistanın şimal bölgəsi olan Gümrü şəhərində yerləşir. Bu hərbi hissədə 3000 hərbçi və geniş hərbi təchizat, o cümlədən MİG-29 təyyarələri və S-300 raket batareyaları və onlarla tank və artilleriya qurğuları vardır.

Rusiya, Ermənistanla bağladığı hərbi təhlükəsizlik müqaviləsinə əsasən, bu hərbi hissədən Ermənistanı hərbi təhdidlərdən qorumaq üçün istifadə etməyi öhdəsinə götürmüşdür.

Bu mövzunun üstünün açılması elə bir şəraitdədir ki, Azərbaycanın rəsmiləri və mediası ölkə xalqının ümumi fikrini əsas mövzudan yayındırmaq üçün İranın Ermənistanla qonşuluq münasibətlərini İran əleyhinə təbliğat üçün mövzu kimi seçirlər. Amma rus hərbi qüvvə və təchizatının Ermənistana ötürülməsində Azərbaycan Respublikası dövlətinin Rusiya və Ermənistanla əməkdaşlıq etməsinin Rusiya, Gürcüstan və Azərbaycan mətbuatında yayılması başqa bir həqiqətdən xəbər verir.

  • Yazılıb
  • da (də) 2012 Sep 28