Tarix : 2012 Sep 28
Kod 33026

BMT: Azərbaycanda 500 minə qədər insan aclıq çəkir

Azərbaycan BMT-nin ÜƏP proqramı çərçivəsinə yalnız öz vətəndaşlarına yardım göstərir
m/Aran Agentliyi

BMT-nin Bakıdakı ofisində jurnalistlər üçün ərzaq təhlükəsizliyi mövzusunda təqdimat və müzakirələr keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynov bildirib ki, bu təşkilat ötən il 90 ölkədə 100 milyon insanı ərzaqla təmin edib və 4 milyon ton ərzaq paylayıb. Ümumdünya Ərzaq Proqramı qarşısına 2015-ci ilədək aclıq və yoxsulluqdan əziyyət çəkənlərin sayını yarıyadək azaltmaq niyyətindədir. 

Tədbirdə qeyd olunub ki, hazırda dünyada 1 milyarddan çox insan qida çatışmazlığından əziyyət çəkir. Hər 5 saniyədə bir uşaq ərzaqla bağlı səbəblərdən tələf olur. Fuad Hüseynovun sözlərinə görə, aclıq probleminin aktual olduğu bölgələr Afrika, Cənubi Amerika və Asiya ölkələridir. Azərbaycanda aclıqdan əziyyət çəkən insanların sayı 5 faizdən az təşkil edir.
2009 ildən etibarən Azərbaycan donorluq fəaliyyətini həyata keçirmək məqsədilə Ümumdünya Ərzaq Proqramının büdcəsinə hər il 100 min ABŞ dolları köçürür. Bu məbləğ təşkilatın müxtəlif tələbləri üçün xərclənir. Azərbaycan BMT-nin ÜƏP proqramı çərçivəsinə yalnız öz vətəndaşlarına yardım göstərir. Bu qərar hələlik öz həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır.(bizimyol)

  • Yazılıb
  • da (də) 2012 Sep 28