Tarix : 2012 Sep 29
Kod 33034

Nardaranda etiraz aksiyası

Aksiyada ABŞ-da ''Müsəlmanların məsumluğu'' filminə, Fransada və İspaniyada karikaturalara etiraz edilib
/Aran Agentliyi

Aksiyada ABŞ-da "Müsəlmanların məsumluğu" filminə, Fransada və İspaniyada karikaturalara etiraz edilib

İslamazeri.az İnternet Qəzetinin xüsusi müxbirinin verdiyi xəbərə görə, bu gün Nardaranda Həzrəti Muhəmməd (s) və müsəlmanların təhqir olunması əleyhinə etiraz aksiyası keçirilib.

Aksiyada ABŞ-da "Müsəlmanların məsumluğu" filminə, Fransada və İspaniyada karikaturalara etiraz edilib.

Eyni zamanda Azərbaycan hakimiyyətinə də iradlar bildirilib. Çıxış edənlər son günlərdə məlum hadisələrlə bağlı Bakıda ABŞ və Fransa səfirlikləri qarşısında keçirilmiş dinc etiraz aksiyalarında polisin etirazçılara qarşı kobud, qeyri-etik davranışını da pisləyiblər.

Mitinqdə Nardaran əhalisi ilə yanaşı Bakıdan və başqa yerlərdən də gələnlər iştirak ediblər.

                

  • Yazılıb
  • da (də) 2012 Sep 29