Tarix : 2012 Sep 29
Kod 33037

Rusiya Azərbaycana güzəştli şərtlərlə buğda ixrac edəcək

Rusiyanın Volqoqrad vilayətində fəaliyyət göstərən sahibkarlar Azərbaycana güzəştli şərtlərlə buğda ixrac edə biləcək
/Aran Agentliyi

 

 Rusiyanın Volqoqrad vilayətində fəaliyyət göstərən sahibkarlar Azərbaycana güzəştli şərtlərlə buğda ixrac edə biləcək. Volqoqrad administrasiyasının rəsmi internet səhifəsinin verdiyi məlumata görə, bu barədə razılıq cari həftənin əvvəlində Azərbaycanda səfərdə olan Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü çərçivəsində əldə olunub.

Xatırladaq ki, Azərbaycan Nazirlər Kabinetinin sentyabrın 24-də təsdiqlədiyi qərara əsasən, sahibkarlar buğda, meslin (buğda və çovdarın qarışığı), həmçinin buğda unu və çovdar ununun Azərbaycana idxalı zamanı ƏDV-dən (18%) azad olunub. Sözügedən vergi güzəşti 1 il müddətini əhatə edir.

Qeyd edək ki, Azərbaycan bu il təxminən 1 mln. ton taxıl idxal etmək niyyətindədir.

Xatırladaq ki, 2011—ci il ərzində Volqoqrad vilayətindən Azərbaycana 17,5 min ton ərzaq taxılı ixrac olunub. Nazirlər Kabinetinin təsdiqlədiyi qərar sözügedən həcmin artmasına imkan yaradacaq.

 APA

  • Yazılıb
  • da (də) 2012 Sep 29