Mübariz Ruhanilər Cəmiyyətinin rəhbəri Kərbəlayi Tohid İbrahimbəyli Avrasiya.net-ə müsahibə verib
/Aran Agentliyi
HaqqYolu - Mübariz Ruhanilər Cəmiyyətinin rəhbəri Kərbəlayi Tohid İbrahimbəyli Avrasiya.net-ə müsahibə verib.
- Cəmiyyətiniz nə vaxt yaranıb?
- İki il öncə yaranıb.
- Məqsədiniz nədir?
- Əsas məqsədimiz Azərbaycanda islam dinini olduğu kimi təbliğ etmək və islamla, milli-mənəvi dəyərlərimizlə mübarizə aparanlarla mübarizəyə qalxıb öz huquqlarımızı tələb etməkdir.
- Hüquqlarınızı yetərincə müdafiə edə bilirsizmi?
- Bu gunlər Azərbaycanda layihə şəkilində dinlə mübarizə aparılır və dini simvollarımıza qadağa qoyulur və uzun müddətli proqramlar vasitəsi ilə cavanlarımızı milli-mənəvi dəyərlərindən ayırıb onların dünyəvilik adı altında pozğunluqlara çəkib və onları özlərinə qul etmək niyyətindədilər və nəticədə o ölkə ki, onun cavanları şəhvətlə məst olub, çox rahat onun dinini, qeyrətini, torpağını qarət etmək olar. Gücümüz çatan qədər sözümüzü çatdırırq . İnsanlar arasında maariflənmə aparırıq . Amma qaldı kı, huquqlarımızın bərpa olacağına, sizə deyim, bu yolda 100-ə yaxın alim, ruhani mömin qardaşlar şərlənib, uzun müddətli və qısa müddətli həbslərə atılıblar. Sadəcə ona görə ki, öz huquqlarını tələb edirlər. Siz axır zamanlar ölkəmizdə yalnız islam dininə qarşı olan münasibətlərə diqqət yetirin. 3 məscid dağıdıldı , azanın səsini kəsməyə cəhdlər göstərildi , İmam Hüseyn əzadarlığına çoxlu qadağalar qoydular, dini kitabların satışları yasaqlandı və bunlardan ən əsası orta məktəblərdə hicaba qadağa goydular. Halbuki, İlham Əliyev özü müsahibəsində hicab qadağasını inkar etdi, bütun burada qeydə alınmış və alınmamış repressiyalara qarşı kim çıxıb mübarizə aparıb və öz konstitusiya huquqlarını tələb etdisə şərlənib həbs edildilər və hazırda da bu repressiya dalğası davam edir və azı bir neçə aydan bir neçə-neçə inanclı şəxs həbs edilir.
- Mübarizə aparmaq üçün güclü maddi və mənəvi dəstək olmalıdır…
- Bunu qeyd etmək lazımdır ki, biz mübarizəni nəticə almaq üçün yox boynumuzda vəzifə və borc bilib davam etdirirk və bu yolda Allahın vədəsinə bel bağlamışıq ki, haqq gəlib batil gedəcək və həqiqətən batil getməlidir. Bunu da qeyd edim, məqsəd və nişan hakimiyyət deyil, hər kəs dinimzə, milli-mənəvi dəyərlərimizlə mübarizə aparsa, biz onların qarşısında susmayacağıq və susmağı da bütün susanlara günah hesab edirik. Onu da bildirim ki, bizim mübarizəmiz bir qrupla və ya şəxslə deyil. Hər kəs dinimizə və milli-mənəvi dəyərlərimizə əl uzatsa onunla mübarizəyə qalxacağıq . Bu mubarizə Azərbaycanda indiki zamana məxsus deyil. Bundan öncə bizim dini alimlərimiz zülmlə mübarizə aparıblar və bu yolda repressiyalara məruz qalıblar, sürgün və yaxud şəhid ediliblər. 37-ci illəri unutmayaq.
- Mübarizəniz nəticə verməzsə daha hansı vasitələrə əl atmaq fikrindəsiniz? Bu məsələdə sizə daha hansı cəmiyyət və yaxud qurumlar dəstəkdir. Azərbaycanda dini məsələdə fəallıq edənləri çox vaxt İranla bağlayırlar…
- Əgər biz miz-stola və yaxud hakimiyyətə göz dikmiş olsağdıqsa sizin sözünüzün yeri var idi. Hər bir ölkənin əsgəri sərhədləri düşmənin hücumundan qoruyur və bunu da özünə börc bilir. Biz də özümüzü islam dininin əsgərləri hesab edirik və bu yolda Allaha təvəkkül edib böyük din alımlərimizin mənəvi dəstəkləri ilə və böyük müsəlman xalqımızın maddı və mənəvi dəstəyi ilə bu yolda addım atırıq. Bizim ən böyük silahımız damarlarımızdan axan qandır, mübarizənin axırında biz şəhidlik arzu edirik. Amma bunu da dua edirik ki, bu qan Azərbaycanda islamla mübarizə aparanların əli ilə yox, bəlkə Qarabağda ermənilərin əli ilə tökülsün. Ona görə ki, biz ümüd edirik, inşallah tez bir zamanda problem öz həllin tapacaq. Amma qaldı kı, İrana, bəli, bizə ən böyük mənəvi dəstək İraq və İran müctəhidləri tərəfindən gəlir. Onların sözü də budur ki, qoymayın dininizi sizdən alsınlar. Buna da işarə edim ki, ar olsun o müsəlmana ki, dinini, hicabını qorumaq üçün ayrı ölkənin göstərişinə möhtac olsun. Əgər dini qaidə nəzərdə tutulanda Allahın istəyləri nəzərdə tutulursa, hər Allaha inanan şəxs sevinər ki, ölkəsi Allah istəyən kimi idarə olunsun, sizcə sevinməz? Onu da deyim ki, tarix boyu mübarizələr effekt verib, amma gec, tezi var.
- Digər dini təşkilatlarla əlaqəniz varmı? Həm burada, həm xaricdə.
- Çoxlu dini və və insan haqqlarına aid təşkilatlarla əlaqəmiz var həm daxildə həm də xaricdə. Xüsusən böyük din alimləri və müctəhidlərlə əlaqədə oluruq.
- Belə davam edərsə Azərbaycanın gələcəyini necə görürsüz?
- Vətənimizin taleyi xalqımız və cavanlarımızın öz əllərindədir. Amma qaldı ki, hakimiyyətə, əgər belə getsə, tarixi mütaliə edərkən bunu anlamaq olar ki, qəddar, zalım və Allahla düşmənlik edən hakimiyyətlər olub. Amma onlardan hazırda heç bir əlamət qalmayıb . Fironlardan tutmuş Rza şah, Səddam Hüseyn, Hüsnü Mübarək və Bin Əli kimilərin hakimiyyətinə qədər.