/Aran Agentliyi
"Qorxuram ki Allah bizi zülmə rəvac verənlərdən edə"
İmama Rza (ə)-nın mövlud günü münasibəti ilə Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı Elçin Manafov İslaminsesi.az saytının suallarını cavablandırıb:
- İmam Sadiq (ə)-ın doğum günü sizdən aldığımız müsahibə çox maraqlı alındığı və oxucuların rəğbətini qazandığı üçün qərara aldıq ki, bu dəfə də sizdən İmam Rza(ə)-a dair müsahibə götürək. Belə ki, xalqımızın bu İmama böyük ehtiramı, sayqısı var. Çünki çoxları Xorasanda həzrətin mübarək qəbrini ziyarət edərək “Məşədi” olmuş, ən azı ora gedə bilməyənlər İmam Rza(ə)-nın ətrini diyarımızda uyuyan bacılarının müqqəddəs məzarlarından almışlar.
- İmam Rza(ə) hicrətin 148-ci ili zilqədə ayının 11-də anadan olmuşdur. Atası İmam Kazim(ə), anası isə Tüktəm adlı fəzilətli bir qadın olmuş, İmam Rza(ə) dünyaya gəldikdən sonra İmam Kazim(ə) o xanıma Tahirə adı vermişdir. Həzrətin mübarək adı Əli, künyəsi Əbulhəsən, ləqəbi isə Rza olmuşdur. İmam Rza(ə) hicrətin 183-cü ili, atası İmam Kazim(ə) Harunun əmri ilə Bağdad zindanında zəhərlənib şəhid edildikdən sonra 35 yaşında İmamətə çatmışdır.
- Həzrətin İmaməti neçə il və hansı xəlifələrin dövrünə təsadüf etmişdir?
- O Həzrət İmam olduğu 20-ilin 10-nu Harun Ər-Rəşidlə, 5 ilini Mühəmməd Əminlə, son 5 ilini isə Məmunla həmzaman olmuşdur.
- Xəlifələrin İmam(ə)-la davranışı (rəftarı) necə olmuşdur?
- Atası İmam Kazim(ə)-ı şəhadətə çatdıran Harun Ər-Rəşid bu böyük cinayətinin üstünü örtbasdır edib cammatın qəzəbini soyutmağa çalışdığıüçün artıq İmam Rza(ə)-a toxunmamış və Həzrət o dövrdə nisbətən azad yaşayaraq elmi-mədəni fəaliyyətinə məşqul olmuşdur.
İmam Rza(ə) fürsətdən istifadə edərək İmamlığını aşkar bildirmiş, ata-babalarından bu işdə təqiyyə belə etməmişdir.
Harundan sonra oğlu Əminində dövründə, daxili çəkişmələr üzündən İmam üçün əlverişli şərait olmuş və Həzrət İslam maarifində böyük işlər görmüşdür. Mübarək ömrünün son 5- ilini isə Məmunla həmzaman olan dövrdə təqib və təzyiqlərə məruz qalmış, böyük sııxıntılar keçirmişdir. Məmun, İmam Rza(ə)-a qarşı zülmündə ata-babaları olan Harun və Mənsurdan fərqli bir metoda əl atdı. İmamı öz igəmətgahı yerləşən Mərv şəhərinə gətizdirmək, sonra da Həzrətə mehribanlıq göstərməklə onun elmi-ictimai mövqeyindən istifadə etmək qərarına gəlir. İmam Rza(ə) camaatı Məmunun hiyləsindən agah etmək üçün bu dəvətə hələm-hələm razılıq vermədi. Sonunda Məmunun təkid və təhdidindən sonra Mədinədən çıxarkən yaxınlarını başına yığıb halına ağlamalarını onlardan istəyərək buyurmuşdur: “ Mən bir daha öz ailəmə tərəf qayıtmayacağam”. Bütün bunlarla İmam hamıya anlatdı ki, Məmun mənə ehtiram göstərmək üçün Mərvə çağırmır. Səhabələrdən biri deyir: İmam Rza (ə) Peyğəmbər qəbrini dönə-dönə ziyarət edərək ağlayır,sanki ayrıla bilmirdi. Yaxın gəlib “səfərinin uğurlu “olmasını dilədikdə buyurdu: “Mənə yaxşı-yaxşı bax, cəddim Peyğəmbərdən ayrılıb qürbətdə ölməyə gedirəm. Məni öldürüb Harunun yanında dəfn edəcəklər”
- Qısacada olsa İmam Rza(ə)-ın həyatı ilə tanış olduq. İndi isə O Həzrətin həyatından bu günki
günümüzə aid tövsiyələrinizi istərdik.
- Məsum və İlahi rəhbərlərimizin bərəkətli ömürləri təkcə ibadi və əxlaqi sahədə deyil, həyatımızın
istənilən sahəsində bizə örnək ola bilər. Xüsusən də siyasi-ictimai məsələlərdə. İlahi neymət olan bu hidayətçilərdən niyə də bu günki günümüzdə dərs almayaq?! İmam Rza(ə) zülmə məruz qalıb qərib olsada məharətlə zalımı ifşa etdi.
Peyğəmbərimizin təhqir olunduğu Quran və məsçidlərimizdə çəsarət tapdıqları, günahsız mömünlərin öldürüldüyü və həbs edildiyi bir vaxtda, hicab məsələsi hələ də həllini tapmayan bir şəraitdə necə sakit oturmaq olar?! Sakit oturmağımız, vəzifədən yayınmaqdan əlavə bəzilərinin düşündüyü kimi heç bizə əmniyyət də vermir. Onsuzda dinc oturanı da nə vaxtsa gəlib hansısa bəhanə ilə apracaqlar.
İslam alimlərindən biri ölüm ayağında özü kimi alim bir dostundan elmi məsələ barədə soruşduqda dostu təəccüb edib dedi: “Axı bu halında məsələ soruşacağının nə önəmi var idi?!” Can üstə olan alim deyir: “Məsələni bilərək ölsəm yaxşı olmazmı?”
Yəni insan, ən azı sivil yolla da mübarizəni apara bilər. Əgər hansısa bir məmur haqsız yerə kimisə incidirsə, ona etiraz bildirməmək o işə razılaşmaq kimidir. Əgər bu gün dinimizə, peyğəmbərimizə, Quranımıza həqarətlə yanaşanlarla barışsaq bu onları bir az da irəli getməyə ruhlandırar. Qiyamət günündə zalımın zülmündə biz də sorumlu olacağıq. Qorxuram ki, məhşərə, zülmə rəvac verənlər qismində gətirilək. Qorxuram qiyamət günü zalımlar üzümüzə durub deyərlər ki, biz cahil olmuşuq, nadanlığımızdan zülm etmişik, bəs siz niyə anladığınız halda əksüləməl göstərməyib dininizə, milli-mənəvi dəyərlərinizə, alim və ağsaqallarınıza, bu qədər laqeyd oldunuz?!