Tarix : 2012 Sep 29
Kod 33060

GÜLƏR ƏHMƏDOVA İSTEFAYA GEDİR!!!

Gülər Əhmədova məlum video çəkiliş qalmaqalından sonra çıxılmaz vəziyyətə düşüb
m/Aran Agentliyi

ARANNEWS -a daxil olan məlumata görə millət vəkili Gülər Əhmədova məlum video çəkiliş qalmaqalından sonra çıxılmaz vəziyyətə düşüb.Artıq aparılan çəkilişin montaj olmadığı təsdiqlənməkdədir və belə olan halda deputat bir başa məsuliyyət daşıyır. Digər tərəfədn millət vəkili ilə bağlı bu çəkiliş təmsil olunduğu YAP-in nüfuzuna ağır zərbədir. Bunu da xatırladaq ki, qarşıdan prezident seçkiləri gəlir və bu olay hakimiyyətin nüfuzuna ağır zərbə olacaq. Artıq müxalifətin bununla bağlı verdiyi bəyanatlarda bu fikri təsdiqləyir. Bütün bunları nəzərə alan Prezident Admnistrasiyası rəhbərliyindən Gülər Əhmədovaya təlimat verilib. Təlimata əsasən millət vəkili mətbuta rəsmi açıqlama verəcək. Açıqlamada millət vəkili bir daha bunun montaj olduğunu bəyan edəcək. Həmçinin bildirəcək ki, bu olay hakim YAP-in nüfuzuna zərbə vurduğu üçün könüllü olaraq YAP sıralarından istefa verir və deputatlıq mandatından imtina edir. Qeyd edilir ki, hazırda bundan başqa çıxış yolu yoxdur.

  • Yazılıb
  • da (də) 2012 Sep 29