Tarix : 2012 Sep 29
Kod 33063

Bu gün Rusiyada “İslam ümmətinin vəhdəti və İslamafobia” adlı elmi konfransa start verildi

Xəbər verdiyimiz kimi DEVAMM sədri, İçəriçəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu beynəlxalq elmi konfransda iştirak etmək üçün Rusiyaya yola düşüb
/Aran Agentliyi

Xəbər verdiyimiz kimi DEVAMM sədri, İçəriçəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu beynəlxalq elmi konfransda iştirak etmək üçün Rusiyaya yola düşüb. Artıq Hacı İlqar Rusiyanın Kirov şəhərindədir.  (Kirov keçmiş Xlınov, Vyatka şəhəridir. Rusiyada Kirov vilayətinin rayon mərkəzini təşkil edən şəhər  Paytaxt Moskvanın 896 kilometrliyində Vyatka çayı üzərində salınıb)

Tədbir haqqında məlumat almaq üçün Hacı İlqarla əlaqə saxladıq.O, bunları dedi: “Tədbirə Rusiyanın və dünyanın görkəmli, dəyərli alimləri qatılıb. Bu konfrans son zamanlar dünyada İslama, Peyğəmbərimizə (s), Qurana qarşı baş verən məsələlərə Rusiya müsəlmanlarının intellektual cavabı kimi qiymətləndirilə bilər. Bu günlərdə Rusiyada Duma da bununla bağlı qərarlar qəbul etmək ərəfəsindədir, o cümlədən prokurorluq artıq müəyyən addımlar atıb. Bu baxımdan indiki məqamda Rusiya müsəlmanlarının belə formatda tədbiri xüsusi əhəmiyyət kəsb edir. Tədbirdə Azərbaycandan ilahiyyatçı-filosof Mail Yaqub, dinşunas Fərid Abdulla, qari Hacı Rəşad da iştirak edir” .

Deyerler.org

  • Yazılıb
  • da (də) 2012 Sep 29