Xəbər verdiyimiz kimi, İctimai Palata bu gün (29 sentyabr - red) Gülər Əhmədovanın video qalmaqalı ilə bağlı dinləmələr keçirir
/Aran Agentliyi
Xəbər verdiyimiz kimi, İctimai Palata bu gün (29 sentyabr - red) Gülər Əhmədovanın video qalmaqalı ilə bağlı dinləmələr keçirir. Artıq dinləmələr başlayıb və ilkin olaraq İP KŞ üzvü, Müsavat başqanı İsa Qəmbər çıxış edib. “Deyerler.org”un əməkdaşının verdiyi məlumata görə, Müsavat başqanı çıxışında xalqı etiraz etməyə çağırıb: “Birincisi, bu sadəcə dələduzluq məsələsi deyil, hakimiyyətin tövsiv etdiyi kimi, bu, dövlət, bu konstitusiya cinayətidir. Bizim İP olaraq tələbimiz təcili Milli Məclisin buraxılması və dərhal yeni seçkilərin keçirilməsidir. Bu yalnız xalq üçün deyil, həm də hakimiyyət üçün ən düzgün yoldur, təcili seçkilər keçirilərək, xalqın səsi ilə parlament seçilməlidir.
İkincisi, bu məslə ilə bağlı bizim rəsmi qurumlara müraciətimiz olacaq. Bu sənəd üzərində hazırda işlənir.
Üçüncüsü, əgər söhbət konstitusional cinayətdən gedirsə, bunun üçün bütün xalq ayağa qalmalıdır, etiraz etməlidir. Bu dinləmələr özü də azdır. Xalq bu cinayətlə bağlı məlumatlandırılamlıdır. Xalqın gələcəyi oğurlanırsa, xalq özü də ayağa qalxmalıdır. Hər yerdə xalqa çatdırmalıyıq ki, bu rejimə "get" deməyin, istefa deməyin vaxtıdır. Xalq hazırdırsa, biz bunu etməyə hazırıq”, - deyə İsa Qəmbər bildirib.
Deyerler.Org