Tarix : 2012 Sep 29
Kod 33066

Həbs olunanların hamısı azad olub

Fransa səfirliyi qarşısında aksiyaya cəhd zamanı saxlanan 8 nəfər buraxılıb
/Aran Agentliyi

Fransa səfirliyi qarşısında aksiyaya cəhd zamanı saxlanan 8 nəfər buraxılıb

HaqqYolu - Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) bir qrup şəxsin Fransa səfirliyi qarşısında aksiya keçirməyə cəhd göstərməsi faktına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, bu gün Bakıda Fransa səfirliyi qarşısında bir qrup şəxsin qanunsuz aksiya keçirmək cəhdinin qarşısı alınıb. Bu zaman ictimai qaydanı pozduğu üçün 8 nəfər saxlanılaraq Səbail rayon Polis İdarəsinə aparılıb. Onlardan 3-ü inzibati qaydada cərimə olunub, digər 5 nəfər isə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Azərbaycan İslam Partiyasının (AİP) bir qrup üzvü Fransanın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Polis tərəfindən piketin qarşısı alınıb. Aksiya iştirakçıları Fransada nəşr olunan jurnalda İslam Peyğəmbərinin (s.) karikaturasının çap edilməsinə və ümumiyyətlə Qərbdəki islamofobiyaya etiraz ediblər. (apa)

  • Yazılıb
  • da (də) 2012 Sep 29