Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı video ilə bağlı ölkə siyasətini silkələyən...
/Aran Agentliyi
Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı video ilə bağlı ölkə siyasətini silkələyən və mətbuatda artıq “Gülərgeyt” adı alan misli görünməmiş siyasi qalmaqal böyüyüb.
İctimai Palata bir neçə gün öncə seçki korrupsiyasını əks etdirən video qalmaqalı ilə bağlı müzakirələrə başlayıb.
Müsavat başqanı İsa Qəmbərə videogörüntün Əliyev rejiminin mahiyyətini ifşa etdiyini deyib: “Bu, hakimiyyətin və hüquq mühafizə orqanlarının bəyan etdiyi kimi sadəcə dələduzluq məsələsi deyil. Bu dövlət cinayətidir. Hakimiyyətin mənbəyi xalqdır. Hakimiyyətin bir ailə tərəfindən mənimsənilməsinin sübutudur.
Ona görə hakimiyyəti qeyri-qanuni ələ keçirmək maddələri gündəmdə olmaldır.
İ.Qəmbər məlum olayla bağlı etiraz aksiyası keçirilməsinə də münasibət bildirdi: “Xalqı məlumatlandırmaq üçün önəmli addımdır atmalıyıq.
Qərar versək ki, sabah parlament qarşında mitinq keçirilsin, ancaq Müsavat Partiyası, AXCP və məlum sayda fədakarlar çıxacaq. Məsələnin mahiyyətini xalqa çatdırmalıyıq”.
İ.Qəmbər çıxışının sonunda dedi ki, artıq bu rejimə “Get!” deməyin, son sözü deməyin, İlham Əliyevə başda olmaqla komandasına “İstefa!” deməyin vaxtı çatıbdır.
İP KŞ üzvü Pənah Hüseyn dedi ki, Gülər Əhmədova cinayətkar olmaqla, həm də çox qiymətli şahiddir: “Kassa", seçcinin 1 nəfər deputat namizədlərin çox olması, alver faktı var ortada. Mən dünəndən bəri Gülərin həyatı ilə bağlı narahatam. Bir neçə dəfə insult keçirib xəbəri çıxdı. Daha sonra istefa məktubu. Yüzdəyüz əminəm, bu ərizəni Gülər Əhmədova yazmayıb. Ordakı cümlələr Gulərin halına, əhvanlına uyğun deyil".
P.Hüseyn məsələnin diqqətdə saxlanması üçün ictimai təhqiqat komissiyasının yaradılmasını təklif etdi: "Hakimiyətin istefaya etməsinə nail omaq lazımdır".