Tarix : 2012 Sep 30
Kod 33086

İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pislədi

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən illik əlaqələndirmə toplantısında Dağlıq Qarabağ münaqişəsinə dair yekun sənəd qəbul olunub.
عادلی/Aran Agentliyi

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən illik əlaqələndirmə toplantısında Dağlıq Qarabağ münaqişəsinə dair yekun sənəd qəbul olunub.

 ANS PRESS-in məlumatına görə, sənəddə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü pislənmiş və Azərbaycan ərazilərinin işğalının yolverilməzliyi, bu əməlin BMT Nizamnaməsinə, beynəlxalq hüququn normalarına və prinsiplərinə zidd olduğu vurğulanıb. Qeyd edilib ki, münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmalıdır.

Sənəddə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal olunmuş digər ərazilərində demoqrafik vəziyyətin zorla dəyişdirilməsindən, mülkiyyət hüquqlarının pozulmasından və mədəni irsin dağıdılmasından ciddi narahatlıq bildirilib. İƏT-in üzvü olan ölkələr Azərbaycanın işğal altındakı ərazilərdə beynəlxalq hüququn normalarının və insan haqlarının təmin olunmasına yönəlmiş səylərinə dəstək veriblər.

  • Yazılıb
  • da (də) 2012 Sep 30