İİR-nın 33 illik tarixi göstərir ki, düşmən bu ölkədə etnik hislərdən sui-istifadə edə bilməz
/Aran Agentliyi
İİR-nın 33 illik tarixi göstərir ki, düşmən bu ölkədə etnik hislərdən sui-istifadə edə bilməz.
AranNews - Ərdəbilin imam cüməsi bu həftəki cümə namazının xütbələrində düşmənlərin etnik hislərdən sui-istifadə etmək istəmələri mövzusuna toxunaraq deyib: "Bu yaxınlarda Amerika Konqresi azərbaycanlıların duyğularından sui-istifadə etmək və onu İran əleyhinə bir vasitəyə çevirmək üçün hərəkətə keçdi. Şimal ölkəsində (Azərbaycan Respublikası) də bəzi "millətçilər" bu addımı yaxşı qarşılayıblar".
Ayətullah Amili vurğuladı: "İran İslam Respublikasının 33 illik tarixi göstərir ki, düşmən bu ölkədə etnik hislərdən sui-istifadə edə bilməz. İranda hər bir kəsə millət və irqdən öncə əsas mövzu İslamdır və hamı bu mehvər ətrafına toplaşıb, bir-birləri ilə fərq hiss etmirlər".
İmam cümə həmçinin, ümid və hədəfin Peyğəmbərin (s) ideal olduğu bir cəmiyyət qurmaq olduğunu və bu hədəfin dünyada gerçəkləşəcəyinə qədər mübarizədən əl çəkilməyəcəyinə və düşmənlərin İranda millətçilik ruhunu qaldırmağa çəhd etmələrinin əbəs olduğunu vurğulayıb.
Qeyd edək ki, bir müddət qabaq ABŞ Konqresi Nümayəndələr Palatasının üzvlərindən biri qurumun xarici əlaqələr komitəsinə məktub yazaraq Bütöv Azərbaycanın təşkil edilməsini istəmişdi.